İsgəndərin vəqəsi
Seyrə çıxmışdı bir gün İsgəndər,Rast bir novcəvanə gəldi səhər.Sərbürəhnə, cünunü divanə,Mənzili bir fəzayi-viranə.Etdi divanəyə o şah xitab,Oldu divanə müstəndi-cəvab.Dedi mən padşahi-dövranəm,Rübi-məskunə, bil ki, sultanəm.Zati-pakımda çün nəcabət var,Məndə dərya kimi səxavət var.Hər nə sən istəsən olur hasil,İstə bir şey ki, ta ola vasil.Dedi divanə: - Ey şəhi-məğrur,Məndən eylə bu dəm məkəsləri dur.Mənə milçəklər eyləyir azar,Məndən olsun buyur, bu ləhzə kənar.Dedi sultan ona ki, divanə,Bir şey istə ki, qadirəm anə.Güldü divanə, söylədi: - Ey şah,Qüdrətin xeyli var imiş kutah.Qüdrətin çünki yoxdu bir məkəsə,Edəcəksən nə lütf hiç kəsə.Mən təki çünki sən də acizsən,Özüvə görmə fəxri çaiz sən.Seyyida, gör ki, sərvəri-mərdanEyləyib xütbədə bu rəmzi bəyan.Xeyli acizdü bu bəni-adəm,Bir məkəsdən çəkir bəlavü ələm.Məkəsə hökm qılsa ol qəyyum,Fil xortumuna salar xortum.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-isgenderin-veqesi-seyre-cixmisdi-bir-gun-isgender
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nuşirəvan və şikarŞeyx Sədi “Gülüstan” kitabında nağıl edib ki, Nuşirəvani-adil
Nuşirəvan və qonaqpərvər kişi hekayəsiBelə nağıl edirlər ki, Nuşirəvan əvaili-səltənətində eyşü işrətəməşğul olub, rəiyyətpərvərlik zövqündən qafil idi. Onun həmsayəli-
Nuşirəvanın vəzirləri hekayəsiGüruhi-hükəma bir məsləhət xüsusunda Kəsranın məclisində göftguedirlərdi. Və hər biri bir tədbir deyirdi. Büzürgmehr xamuş idi. Ondan
Nuşirəvanın sualıBir dəfə məclisdə Nuşirəvan Büzürgmehrdən sual elədi ki, eyhəkimi-rövşənrəy, dünyada nə şey yaxşıdır?