Mən dedim dilbərə qıl cövrü cəfadən tövbə,Gör ki, təsiri-nəfəs qıldı vəfadən tövbə.

Zülfi-müşkinüvə kim, nafeyi-Çin söyləmişəmTövbə, ey gözləri ahu, bu xətadən tövbə.

Buriya üzrə oturma, bu riyadən bir usan,Oğlun ölsün, elə zahid, bu riyadən tövbə.

Təngdil etmiş imiş Xızrı qəmi-tənhayi,Dün gecə gördüm edib abi-bəqadən tövbə.

Yox imiş xəlvəti-yarə yolu, getdim gördüm,Eylədim həmdəmiyi-badi-səbadən tövbə.

Şürbi-mey, tövbə, müqəffa görünüb bir-birinə,Qorxma, mey iç, elə mən kimi qəfadən tövbə.

Макта — последний бейт с тахаллусом поэта. Hər işindən eləyə tövbə, yəqindir, SeyyidÇəkməz əl badədən, etməz bu ədadən tövbə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви