Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Nə zəxmi-qəmzəsi, nə tiri-dilsitanımdır,Salan bu rəngə məni çeşmi-xunfəşanımdır.
Nə gül-şüküftədi çeşmimdə əşki-alə səbəb,Nəvayi-mürği-çəmən baisi-fəğanımdır.
Əlimdə badeyi-gülgun, yanımda yarım yox,Bahar fəslidir, əmma mənim xəzanımdır.
Görüb üzarını zülfi-kəcində ol şuxün,Dedim: bu gün qəmər Əqrəbdədir, qiranımdır.
Dedim: cahanda nədir bunca qilü-qalə səbəb,Dedi: arayə düşən məbhəsi-miyanımdır.
Diyari-yarə bu gün etmişəm səfər əzmin,Bu tazə şeirlər əhbabə ərməğanımdır.
Макта — последний бейт с тахаллусом поэта. Mənəm o tairi-qüds-aşiyanə kim, Seyyid,Behişti-Ədn mənim köhnə aşiyanımdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ne-zexmi-qemzesi-ne-tiri-dilsitanimdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Var idi bir vəziri-dəryadil,Elmi-rəmlü nüçumdə kamil.
Mircəfərə xitab (Cəfər, ey qönçeyi-gülüstanım)Çəfər, ey qönçeyi-gülüstanım!Ey mənim bülbüli-xoşəlhanım!
HədisBir hədisi-səhihdir bu xəbər,Söyləyibdir cənab peyğəmbər –
Hekayət (Mülki-Şirvanda bir haputlu nam)Mülki-Şirvanda bir haputlu namVardı bir qəryə, xəlqi xeyli əvam.
Стихи других поэтов · О любви
Çıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
GeyindiBahar gəldi, çiçək açdı.Güllər qırmızı geyindi,
Aşiqə məşuqinin cövrü səfası xoş gəlürAşiqə məşuqinin cövrü səfası xoş gəlür,İki aləmdən ana bir mərhəbası xoş gəlür.
خویش را رسوای شهر و کوچه و بازار کنهمچو من با سادهرویان عشق ورز و کار کن