Ol iki zülfdə rüxsareyi-canan görünür,Genə xurşid bu gün daxili-Mizan görünür.

Düşməyən eşqə nə bilsin ki, nədir müşkülümüz,Ari, qəm çəkməyənə qəm yükü asan görünür.

Sənsiz, ey gül, gözümə mövsimi-hicranındaGər gülüstanə baxam xari-müğilan görünür.

Dəhənin bir səri-mudur, buna söz yox, ammaBir müəmmadı ki, yüz nükteyi-pinhan görünür.

Görünür zülfün arasında məhi-rüxsarın,Şükr-lilləh ki, genə küfrdə iyman görünür.

Necə mən badə içim ləli-ləbindən ayrı,Sənsiz, ey gül, meyi-gülgun gözümə qan görünür.

Dövri-rüxsarüvi tutmuş genə ol zülfi-siyah,Əcəba, bir mələkə yar iki şeytan görünür.

Макта — последний бейт с тахаллусом поэта. Dəhənin sirrini sordum – dedi, yoxdan nə deyim,Seyyidin nöqtəcə yox əqli, nə nadan görünür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви