Peyğəmbərin Əli ilə zarafatı
Bir gecə Yəsrib içrə ali-əbaBir təbəqdə yeyirdilər xurma.Nə yedisə rəsuli-aləmiyan,Töxmini birbəbir onun pünhanQoydu şiri-xuda qabağında,Zikr olundu bu söz dodağında:Ya Əli, zahir oldu indi ki, sən –Xurmanı hamıdan füzun yemisən.Gör, qabağımda töxmi-xurma yox,Var qabağında hamımızdan çox.Dedi Heydər: – Sən, ey səxa kanı,Udmusan töxmi ilə xurmanı.Bu sözə güldü cümlə ali-əba,Mərhəba söylədi rəsuli-xuda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-peygemberin-eli-ile-zarafati
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mülki-Şirvanda bir haputlu namVardı bir qəryə, xəlqi xeyli əvam.
Dillərin müxtəlifliyinin səbəbiCəfər, ey gəştiyi-ümidə nicat!Ey ləbin nəşəbəxşi-abi-həyat!
HədisBu hədisi cənab peyğəmbərVerdi əshabi-cannisarə xəbər:
Hekayət (Vardı peyğəmbər əsri bir təlxək)Vardı peyğəmbər əsri bir təlxək,Hər sözü kani-göftguyə nəmək.