Sövdalərə düşdüm, dedim: allah kərimdir,Gər yandım, alışdım, dedim: allah kərimdir.

Bənd oldu könül tari-səri-zülfi-nigarə,Bu damə ilişdim, dedim: allah kərimdir.

Yandırdı məni şəşəeyi-nuri-cəmalı,Bu narə alışdım, dedim: allah kərimdir.

Gəh yaxdı məni hicri-rüxi, gah visalı,Odlarə tutuşdum, dedim: allah kərimdir.

Xam idi könül düşdü qəmi-buteyi-eşqə,Ol butədə bişdim, dedim: allah kərimdir.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, dolanıb gün təki məcmui-cahanıDəryaları aşdım, dedim: allah kərimdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви