Hər aşiqin ki, sən kimi bir gülyanağı var
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Hər aşiqin ki, sən kimi bir gülyanağı var,Lalə kimi, əyandı ki, köksündə dağı var.
Könlümü tazə dağlərin rövşən eyləmiş,Şami-qəmində, şükr, onun şəbçirağı var.
Sünbül özünü zülfüvə oxşatdı bir gecə,Gördü xətadır, indi pərişan dəmağı var.
Ta qoymaya dodağını dilbər dodağıma,Mən bavər etmənəm ki, o mahın dodağı var.
Ta xari-möhnətin dili-pürxunə sancılıb,Ey gülüzar, lalə gülün gül fərağı var.
Макта — последний бейт с тахаллусом поэта. Seyyid yetirdi axır özün xüm ayağına,Başında şuri-nəşəsi, əldə əyağı var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-her-asiqin-ki-sen-kimi-bir-gulyanagi-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var,Zülfi-siyahı tək o gülün piçü tabı var.
Sanma ki, çeşmdən üzümə əşki-tər gəlirSanma ki, çeşmdən üzümə əşki-tər gəlir,Bu çeşmə xüşk olub, dəxi xuni cigər gəlir.
Əhli-eşqin, zahida, cismindəki can özgədirƏhli-eşqin, zahida, cismindəki can özgədir,Aləmi-mənadə, bil, can özgə, canan özgədir.
Əgərçi həşrdə peyda o sərvqamət olurƏgərçi həşrdə peyda o sərvqamət olur,Fəzayi-məhşər ara özgə bir qiyamət olur.
Стихи других поэтов · О любви
Haçanacan aman çəkim,Bu zalım hicran əlindən,
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
Ağzına gönülüm hakîrgelürAğzına gönülüm hakîrgelürİkisi vahdet ile bir gelür
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.