Ta könül seydinə səyyad o gözü qaş oldu
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ta könül seydinə səyyad o gözü qaş oldu,Aləmə razi-nihanım dağılıb faş oldu.
Zülfi-tərrarın olub gözlərinə yar, axırBu qara oğru həramilərə yoldaş oldu.
Nə bəlalər gətirir başıma bu dideyi-tər,Bu nə tufan, bu nə girdab, bu nə yaş oldu?
Ey xoşa nəqşinə ol aşiqi-həqbinin kim,Nəqşdən pey aparıb aşiqi-nəqqaş oldu.
Eşikin daşına ta dəgdi rəqibin qədəmi,Evim ol ləhzə yıxıldı, başıma daş oldu.
Sədəfi-sinəm ara bəslədigim gövhəri-nab,Heyf taraca gedib qisməti-ovbaş oldu.
Макта — последний бейт с тахаллусом поэта. Dün şümar eylədik aləmdəki divanələri,Axirül-əmr bu Seyyid hamıdan baş oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ta-konul-seydine-seyyad-o-gozu-qas-oldu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məhşərdə xələl yetməsə idrakımıza,Gəlməz ələmi-həşr bizim bakımıza,
Əngurdə mey şirəsi, ey əhli-səfa!Əngurdə mey şirəsi, ey əhli-səfa!Yerlə gög arasında qılıb nəşvü nüma;
Ey rədi qılan rübab eşqində kəbabEy rədi qılan rübab eşqində kəbab,Qanunə üsul ilə yetirdin mizrab.
Sən qeyr büsatında ki, içdin meyi-nab.Sən qeyr büsatında ki, içdin meyi-nab.Qan oldu cigər, gəldi gözümdən xunab.
Стихи других поэтов · О любви
Gözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Müstəzad: Ey dil, gecələr sübhə dəkin yar eşiyindəEy dil, gecələr sübhə dəkin yar eşiyində — Əfqanə yetişdik,Rəhmi yox olan kafiri-bimar eşiyində — Sən cana yetişdik,
Boyalı dilbərMən dağlar çiçəyi deyərdim sənə,İndi sən olmusan boyalı dilbər.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm