Ta məndən iraq ol büti-gülpirəhən oldu,Hər camə ki geydim, mənə qəmdən kəfən oldu.

Sən beylə degildin mənə, ey ruhi-rəvanım,Məlum olur kim, səni bir ögrədən oldu.

Rəhbər dedigim oldu mənə rahzən axır,Yusif görünən yar mənə Əhrimən oldu.

Bəhreynə dönüb mövci-bəladən iki çeşmim,Hər qətrə ki, düşdü yerə dürri-Ədən oldu.

Dil eylədi axır səri-zülfündə nişimən,İymanə gəlib maili-hübbi-vətən oldu.

Nisfi-rüxünü xətti-siyəh tutdu o mahın,Gəldi Həmələ mehr, şəbü ruz tən oldu.

Макта — последний бейт с тахаллусом поэта. Ol Yusifi-gümgəştə fərağında bu Seyyid,Yəqubə dönüb sakini-beytül-həzən oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви