Xalü xətin olub dili-viranə oğrusu
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Xalü xətin olub dili-viranə oğrusu,Oldu iki qaraçı bu bir xanə oğrusu.
Şəmi-cəmalə yandı könül, öpdü ləlüvi,Məqsuduna yetişdi bu pərvanə oğrusu.
Məşşatə pak edər ərəqi-ruyi-yarımı,Lazımdı qəti-yəd ola dürdanə oğrusu.
Ol gecədən ki, şanə dəgib tari-zülfünə,Sədçak könlümüzdür olan şanə oğrusu.
Ləli-ləbin xəyalına düşmüş dili-həzin,Bu düzd olub xəzaneyi-şahanə oğrusu.
Dil basdı bağrına bu gecə zülfi-pürxəmi,Zənciri-əqlin oldu bu divanə oğrusu.
Макта — последний бейт с тахаллусом поэта. Xali-xəyali xali edib bəs ki, əqldən,Xirmən gəzib bu Seyyid, olub danə oğrusu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-xalu-xetin-olub-dili-virane-ogrusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bir şəxs Nuşirəvani-adilə müjdə gətirdi ki, Allah-taala sənin filandüşmənüvü götürdü (yəni düşmənin öldü). Nuşirəvan dedi ki, heç
Hekayət (Nuşirəvan və şikar)Nuşirəvan və şikarŞeyx Sədi “Gülüstan” kitabında nağıl edib ki, Nuşirəvani-adil
Nuşirəvan və qonaqpərvər kişi hekayəsiBelə nağıl edirlər ki, Nuşirəvan əvaili-səltənətində eyşü işrətəməşğul olub, rəiyyətpərvərlik zövqündən qafil idi. Onun həmsayəli-
Nuşirəvanın vəzirləri hekayəsiGüruhi-hükəma bir məsləhət xüsusunda Kəsranın məclisində göftguedirlərdi. Və hər biri bir tədbir deyirdi. Büzürgmehr xamuş idi. Ondan