Alpis gəzdi, bir gün gördü Daryaşı,Dolanışın döşü eniş-yoxuşdur.Gördü hərdən əl-qolunu dişləyir,Dolanışın döşü eniş-yoxuşdur.

Dedi:”-Yenə dəli olub durubsan,Mənlə yenə bağlantını qırıbsan,Çox düşünüb öz-özünü yorubsan,Dolanışın döşü eniş-yoxuşdur.

Dur ayağa, yaraq götür, çıx çölə,Eldəbiri, Qızbaşını tut dilə,Yalan, doğru çoxlu söz ver, söz elə,Dolanışın döşü eniş-yoxuşdur.

Göndərərəm çörəklə ot qıtlığı,Göndərərəm çoxlu gözü yırtığı,Göndərərəm atım Şimşəkquyruğu,Su yerinə yellə dolu tuluğu,”Dolanışın döşü eniş-yoxuşdur.

Daryaş dedi: – Tanrı, mənə dayaq ver,Yorulmayan qol ver, dəmir ayaq ver,Əyilməyən, qırılmayan yaraq ver,Dolanışın döşü eniş-yoxuşdur.Bicləmələr məni yordu, soyutdu,Kimi vurdum, vurum mənə qayıtdı,Tunqər məni öz qanımla doyurtdu,Vurdu məni, yaraladı, bayıltdı,Dolanışın döşü eniş-yoxuşdur.

– Sevinərəm el ölümə sarılsa,Çox yaxşıdır çoxsayda çox qırılsa,Çovqun olsa, evlər göyə sovrulsa,Göy yırtılsa, bulud qat-qat yarılsa,Dolanışın üstü eniş-yoxuşdur.

Alpis ona çox söz verdi, o ki, var,Çox axtardı onu Daryaş, Parsdiyar,Ancaq gözə görünməyir tanrılar,Dolanışın üstü eniş-yoxuşdur.

Eşidənlər dedi, yeldir, küləkdir,Ola bilsin devdir, quşdur, böcəkdir,Ya hardasa sızıldayan tütəkdir,Dolanışın üstü eniş-yoxuşdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов