Gülən balıq
Страница 2 из 4 · 25%
– Yəni, bu balıq əməlli-başlı güldü, vəzir?
– Bəli, şahım, bu balıq əməlli-başlı imarət dolusu güldü!
– Nə zaman, nə zaman, vəzir? Bir də təzədən olduğu kimi tamam-kamal söylə!
– O zaman ki, sizin baş hərəminiz, “balıq məhrəmdirsə, dişidirsə alın mənə gətirin, naməhrəm erkəkdirsə qapıdan qaytarın!” – deyə qəzəblə qışqırdı, balıq quyruğu üstə dikəlib şaqqa çəkib güldü.
Padşahı olmazın şübhə götürdü:
– Yaxşı, qoca, teşti buradaca qoyub, – deyə sağ əli ləl-cavahiratlı ağacında titrəyə-titrəyə sərəncam verdi, – özün də üzüstə evinə qayıt! Özün də bax sirri ağzında saxla, hər nə zaman ki, bu balığın nəyə güldüyünün sirri mənə əyan oldu, sən də ənamını onda alarsan!..
II
Şah tez sərəncam verib, bütün vəzir-vəkilini hüzuruna çağırdı:
– Açın, söyləyin görək, bu balıq niyə və nəyə gülmüşdür?!
Vəzir-vəkil başını aşağı saldı, padşahın qəzəbi bulanıq sel kimi aşıb-daşdı:
– Əgər sabaha qədər bu sirri mənə açmasanız, bax hər birinizin başını bircə-bircə özüm öz qılıncımla bədəninizdən cida edəcəyəm... Müftə yerə yeyib-yatıb, tənbəl-tənbəl oturub-durub, tənbəl-tənbəl mənə baxırsınız! Elə bil ki, gecəni sabaha qədər yatmayan, bu boyda məmləkətin dərdini çəkən mən deyiləm, sizsiniz!.. Bəs niyə dinmirsiniz?.. Niyə cıqqırınızı çıxarmırsınız?! Yoxsa, hamınız ayaq üstdə ölüb müqəvvaya dönmüsünüz?
Baş vəzir titrəyən qədəmlərlə qabağa yeriyib aman istədi:
– Şahım, qəzəblənməyin, səbir edin, görək necə olur?
– Yəni deyirsən ki, balıq niyə və nəyə güldüyü gedib başqa məmləkətlərə də çatsın?
– Sərhədi qapayarıq, şahım, qoymarıq xaricə səs çıxa!
– Bəs gələn elçilər? Bəs gedən səfirlər?!
– Nə xaricə bir nəfəs, şahım, nə də daxilə!
– Şübhəli bir söz deməzlərmi? Bunun özündən şübhələnməzlərmi? Söyləməzlərmi, bəs nə var ki, o məmləkətdə, oraya nə azar daraşıb ki, belə edirlər?
– Şahım, kimin sizin daxili işinizə nə dəxli? Məmləkət sizin, sərəncam da sizindir!
– Küt başına daş düşsün! – deyə şah ağacını qaldırıb baş vəzirin başını taqqıldatdı: – İçi bomboşdur, kəndçilərin çəpərlərində quru tağlarda sallanan qupquru balqabaq kimi bomboşdur!
– Şahım, bəndənizi bunca əqilli vəzir-vəkilinizin birisi ilə əvəz edə bilərsiniz!
– Bəs sən cənab necə olarsan?
– Mən də qulunuz ollam, şahım! Lap tövlənizdə mehtər olub atınızı tumarlaram!
– Elə biz həmişə şahın qolubağlı qulu olub, tövləsində mehtərliliyə başlarıq, – deyə bir-birinə macal verməyən vəzir-vəkil dilləndi. – Daha biz hansı ağızla haranın köpəkləriyik ki, şahın bəndəliliyindən çıxa bilək?! Hərəmizin bir canı var, ona da padşahın yolunda can-başla qurban verməyə hazırıq!
– Yaxşı, sakit! – deyə padşah ləl-cavahiratlı ağacını döşəməyə döydü. – Siz elə qorxaq tülkü, elə hiyləgər qumazlarsınız ki, başınızı bəladan qurtarmaq üçün siçan deşiyini satın almağa, özünüz də siçana çevrilib bu deşiklərdə gizlənməyə hazırsınız!
– Şahım, onda durun öz əlinizlə sınaq üçün bircə-bircə bizim boynumuzu vurun, ta sizin hirsiniz soyuya, sizin vücudi-alinizə zərər-ziyan toxunmaya!
– Vuracağam, bu qılıncla bircə-bircə sizin boynunuzu, əgər siz günü sabah, bax, düz bu vaxtacan bu sirri açıb mənə agah etməsəniz, niyə bax bu teşt içində sərfnazlıqla cövlan edən bu balıq baş hərəmin barigahında elə şaqqa çəkib gülmüşdür?
– Bəlkə, şahım, bu balıq gülməmişdir?
– Onda baş vəzir hamının müqabilində doğrusunu desin!
– Şahım, bu balığın necə güldüyünü, bütün barigah əhli öz qulaqlarıyla eşitdi, çoxları da gözləri ilə gördülər!
Padşah əmr etdi:
– Xacə Təbarəki mənim hüzuruma çağırın!..
Xacə Təbarək də gəldi, balığın gülməyini təsdiq etdi.
– Bəlkə, sən özün bu sirri açasan, kaftar!
– Şahım, mənim boynumu vurdurun!
– Niyə, xacə Təbarək?!
– Axı, xacə Təbarək sizin aciz bir bəndəniz, bu vəzir-vəkil səf çəkib sizin qarşınızda boyun-boyuna duran məqamda nə qələt edə bilər?
– Bəlkə, bunlarsız, bu kütbeyin qoyunlarsız sən özün xacə Təbarək pünhanı, bu sirri açıb mənim qulağıma pıçıldayasan?
– Əsla, şahım!.. Mən heç zad bilmirəm. Axı, bu ağalar bu sirri aça bilməyən yerdə, mən necə “balıq niyə güldü” sirrini aça bilərəm? Axı indiyə qədər bu dilsiz-ağılsız dərya sakininin heç bircəciyinin də hansı məmləkətdə olsa belə güldüyünü görən, eşidib-bilən olubmu?.. Yenə də sizin bütün dünyanın vəzir-vəkilindən ağıllı-kamallı vəzir-vəkilinizin baş sındırmağı gərəkdir, bildirsinlər ki, bəs bu balıq niyə nə nəyə güldü?
– Rədd ol, sən də qoca, rədd ol hüzurumdan, tüksüz tülkü! – Şah bar-bar bağırdı. – Guya, mən bilmirəm bu aciz-avaralar nəyə gərəkdir? Əgər bunların başı olsaydı, burada nə gəzirdilər?
– Onda şahım, özünüzə başlı vəzir-vəkil cəm edin! Yoxsa, bu ağılsız-qundur başlarla məmləkəti uzağa apara bilməzsiniz!
– Bəs, qundur başlar acından qupquru quruyarlar ki... – deyə şah zəbərcədli əl ağacı ilə vəzir-vəkilin başına bir neçə dəfə vurub taqqıldatdı. – Gör, bunların hər birisindən necə də kar-küt səs çıxır, xacə Təbarək!
– Bəs, onda bəndə bilmir bu başlar daha sizin nəyinizə gərəkdir, şahım?
– Bax belə, taq-taq taqqıldatmağa!.. Əgər, bunların bircəciyi gülən balıq sirrini açsaydı, mən öz taxtı-səltənətimdən imtina edib küllən ona bəxş edərdim!
– Bizim heç birimizdə belə cəsarət ola bilməz, şahım!
– Niyə olmur, tənbəl öküzə bənzəyən vəzirlər, vəkillər, ağalar, əyanlar, niyə olmur?!
– Çün, şahım, bizim heç birimizdə elə bir baş yoxdur ki, şahın başından ağıllı-kamallı ola, elə də səltənət iştiyaqına düşə, – deyə vəzifəsi mövcibincə baş vəzir cavab verməli olurdu. – Şahım, biz sizin aciz bəndələrinizik, öl-öl, qal-qal! – Baş vəzir şahın qarşısından dizləri üstə səcdəyə düşüncə bir-birinə macal verməyən vəzir-vəkilin başı fərşə getdi, otuza yaxın göbələk baş göründü.
– Sən niyə səcdəyə düşmürsən, xacə Təbarək?
– Şahım, mən sizin zəhminizdən elə qurumuşam ki, daha əyilməyə də tab-tavanım qalmayıbdır!
– Demək, xacə Təbarək də heç bir tab-tavan qalmayıbdır?
– Balıq güləndən mən elə quruyub heyrətdə qalmışam!
Padşah cərgəsi ilə donqalanan belləri öz əl ağacı ilə döyəcləyib fəqərə sütunlarını əzib-əzişdirdi. Sonra da qəzəbnak əmr etdi:
– Qalxın ayağa! – Şah qışqırınca neçəsinin fərş üzərində tərpənə bilmədən qaldığını gördü.
– Kim ayağa dura bilmirsə, xacə Təbarək, sən özün sürü o biri yana sal, – deyə padşah sərəncam verdi. Onun qəzəbli gözlərindən alov saçılmağa başladı.
– Hamınızın beli, bax belə qırılacaqdır! Hamınızın başı boynundan atdırılacaqdır! – Şah qılıncını çəkincə boyunlar tez əyildi, baş vəzir bir az da qabağa durduğu üçün qılınc onun boynunda da parladı, bədən yerə sərildi, başı bir qırağa düşüb qırıq-qırıq danışdı:
– Balıq... Balıq... Güldü ki?!..
Qəzəbli şah ayağının ucu ilə kəsik başı tərpədincə, dodaqlar çəkildi, dişlər ağara qalıb güldü. Bütün vəzir-vəkil vahimədən tir-tir titrədi. Onların da dodaqları eynən qaçdı, dişləri də açıqda qalıb səssizcə güldü.
III
Boynu vurulan baş vəzir üstü örtülü quylandı... Guya bu işi nə görən, nə də eşidən olubdur!? Ancaq, görəsən “Balıq niyə və nəyə güldü?” – deyə sarayda xısın-xısın, qıraqda ağ-açıq danışıldı, söz yayıldıqca yayıldı. Bu söz-sov bütün məmləkətdə hərlənib dolandı, hətta qapalı sərhədləri ötə bilən quşların qanadlarında göndərilən namələrdən də aydın oldu ki, bəs filan məmləkətlə belə bir hadisə olubdur, balıq baş hərəmin barigahında şaqqa çəkib gülübdür?! Bu məmləkətlərin də padşahları öz vəzir-vəkilini cəm edib baş sındırdı, ancaq “Balığın niyə və nəyə güldüyünə?” cavab tapan olmadı. Hamısı öz yerində mat-məəttəl qaldı, bütün dünya heyrətə düşdü... “Balıq niyə güldü?! Balın nəyə güldü?!”. Nə etmək olardı? İndi padşahlar öz dəryalarında olan balıqları qırdırsınlarmı? Hər necə balıqları qırdırsan da, yenə də bir balıq sağ qalıb istəyəndə gülə bilməzdimi? Bu gün bu padşahın, sabah o padşahın baş hərəminin barigahında şaqqa çəkə bilməzdimi? Yaxşısı budur, heç bir balığa dəyib-dolaşmayasan! Mümkün edib dəryaya tor salıb balıq tutmayasan ki, bir balıq da bir padşahın sarayında, ya onun baş hərəminin barigahında gülə?! İndi bəs necə olsun?!
Əgər, bu padşah özü əyriağız qılıncı ilə bir tək baş vəzirin deyil, bütün vəzir-vəkilinin başını bədənindən atdırsa, yaxud bütün əyanlarının bel-buxununu sındırıb şil-şikəst etsə, yenə də sirr sirliyində, düyün düyünlüyündə, müşkül müşküllüyündə, müəmma müəmmalığında qalırdı ki, qalırdı! Belə də olsa, üstündən neçə-neçə il ötsə də, qalacaqdı ki, “balıq niyə və nəyə güldü?”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-gulen-baliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ulduz doğrudan da Ulduz idi. O, göylərin ulduzlarından da artıq yerin – bu gözəl aləmin Ulduzu idi, onun qaçarağından ağ-ağ şölələr saçılırdı. Elə bil ki, Şükran atdan da artıq Ulduzu minib uçurdu. Axı ta qədimlərdən bəriyə “su – aydınlıq, at – muraddır” deyiblər. Əgər yuxuda su görmüsənsə, aydınlıq olacaq, at görmüsənsə, muradına çatacaqsan. İndi Şükran həqiqətən murada çatmışdı. Ona belə ecazkar qanad, qanaddan da artıq vəfalı dost qismət olmuşdu. Özü də bu vəfalı dostluğun nəcib və gözəldən gözəl rəmzi olaraq ulduzlu oğlanlar əmələ gəlməyə, cavan Şükranın çoxlu-çoxlu şagirdləri yaranmağa başlamışdı. Baxanda bütün Göyən oymaqlarında yeniyetmə cavanlar Şükranı təqlid edir, Ağqoyunlu elində ulduzların sayı çoxalır, az qala bu ulduzların sayı yüzdən yuxarıya qalxırdı. Bu hal Ağqoyunlu elinə olmazın fərəh gətirir, olmazın dərəcədə bu elin qürurunu artırır, başqa-başqa ellər içində ağqoyunluların başını uca edirdi. Bu ulduz atlılar hər yerdə xeyir işə kömək edir, şəri-şeytanı dəmir nallarla tapdayıb keçirdilər. Bu yeniyetmələr yolda yorulanlara kömək əlini uzadır, Şükran sayağı at belinə qaldırıb mənzilə çatdırırdılar. Ancaq bütün ulduzların içində yenə də həmin-həmin Şükranın Ulduzu birinci idi, baş idi, necə ki, özü də Ağqoyunluda birinci idi, baş idi!Xoşbəxtliyin belə süd kimi ağ-çağ çağında birdən-birə qara milçək çıxmağa, süd içindən çıxan qara milçək kimi ürək bulandırmağa başladı. Ürək bulandıran ölü milçəyi qırağa atarlar, ya da ölü milçək düşən süd qabını bir kənara boşaldıb özünü də yaxşı-yaxşı qumla sürtə-sürtə yuyub, yaxalayıb, salavatlayıb bir qırağa qoyarlar; bir azdan da bu qara milçəyin ağ süd içinə necə düşüb-düşmədiyini də unudarlar. Ancaq burada peyda olan elə də adəti qara milçək deyildi, çox yekə, çox da qara bir mozalan idi. Bu mozalan başqa yana da yox, Ulduzun canına ariz olmağa başlamışdı... Ağqoyunlu elinin qoyun sürüləri Ziyarət dağının yan-yörəsindən keçib, yuxarılara, alayaylaqlara yol aldığı zamanda, hələ elin dalı Göyəndən üzülmədiyi bir vaxtda, yaz yaya yaxınlaşdığı günlərdə, qızmarlaşdığı dəmlərdə bu mozalan da qızırdı, qızışırdı, ara-ara Ulduzun üstünə düşürdü. Mozalan Ulduzu dişləyirdi, oradan-buradan çalırdı, Ulduzun qanını sorub-sümürürdü. Əvvəlcə Şükran bu qara mozalanı görə bilmədi, nə qədər göz qoyub, göz gəzdirdisə də, bu qara mozalanı tapa bilmədi. Şükran Ulduzun yaralarını yudu, onun canını qandan təmizlədi, qayıdıb yaralı Ulduzun gözlərindən öpdü, qıdıqlayıb tərpətdi. Ulduzun könlünü aldı, birtəhər köhlənin kefini açdı.
VIIIGörünür bu dünyada xeyir iş, xoşbəxtlik olunca şər də qıraqda durmur, öz gücünü göstərir.Göyalı ilə Qaratel Ziyarət dağının göy gurultusunda necə vahiməyə düşüb, necə güclü gürşaddan gizlənə-gizlənə hər necə yaxşıyamı-yamanamı yozsalar da, görünür, bu mozalan da Ulduzun canına qəsdən ariz olmuşdu. Görünür qara mozalanın göz qamaşdıran Ulduza qəsd etməyi heç də qərəzsiz deyildi. Mozalanın qərəzi ancaq Ulduza deyildi, həm də ən ümdəsi Ulduzdan da artıq Şükrana idi. Elə bil ki, harada, hansı uzaq-yaxında gizlənən, üzə çıxa bilməyən qara şərpaxıllıq bu qara mozalanı öz şeytan bətnindən doğurub vücuda gətirmişdi. Ulduzun və Ulduzla canbir qəlb olan Şükranın üstünə göndərmişdi. Buna görə də mozalan öz qara işindən qalmırdı, öz bildiklərini Ulduza edirdi. Özü də dönüb Ulduzun öz bədənində, ya da başqa bir ağlagəlməyən yerində gizlənirdi. Elə ustalıqla gizlənirdi ki, nəinki bir tək Şükran, bir çox adam öz iki gözünü dörd etsə də, yenə də mozalanı girinə keçirə bilməzdi, qan sorub, qan axıtdığı yerdə onu tutub yox edə bilməzdi. Mozalan elə bicliklə hərəkət edirdi ki, elə bil ki, adəti mozalan deyildi, şər-şeytan idi, bunların cəmi-cümləsi idi! Özü də uçurub-dağıtmaqdan, yıxıb-yaxmaqdan nəşələnən bir düşmən idi. Girəvəçi mozalan hirslənən, qəzəblənən Ulduzun gözündə birdən də böyüyürdü. Mozalanın kinli gözləri şişirdi, dombalanırdı, qamı da şişib-şişib zəhər tuluğuna çevrilirdi. Elə bil ki, bir neçə gürzənin zəhəri mozalanda toplanmışdı. Mozalan hər dəfə Ulduzun girəvəsini alıb onu sancınca, Ulduz çırpınırdı, gömgöy göynəyib yanıb-yaxılırdı ki, qanad alıb düzü-dünya boyu uçduğu Şükranı da öz qanadları üzərində uçurduğu, külli-aləmə səs saldığı zamanda yenə də mozalan onun ovqatını təlx edib, qanını zəhərləyirdi. Ancaq Şükran nə qədər göz qoyub baxsa da, mozalan Şükranın şahin gözlərinə görünmürdü. Hansı sehrləsə mozalan özünü sağ-salamat saxlayır, Ulduza bildiklərini edir, ondan heç bir fənalığını əsirgəmirdi. Qara mozalan öz qara cildinə girib birdən zəhərli ilana, birdən də qara bir əjdahaya çevrilirdi. İndi nə etmək olardı? Necə Ulduz bu mozalandan öz canını xilas edə bilər, öz əvvəlki nəşəsini qaytarıb, öz vəziyyətini düzəldə bilər, yenə də öz kişnərtisi ilə Göyən düzənlərini doldura bilərdi? Necə Ulduz yenə də ağqoyunluların gözündə parlaya bilər, Göyalı ilə Qaratelin, bunların oğul-uşağının – bütünlüklə Göylər obasının tütək çalan çobanlara qədər hər kəsi güldürə bilərdi? Necə Ulduz öz parlaqlığı ilə görəneşidən kəslərin ürəklərini aça bilərdi? Bir halda ki, bu qara mozalan, elə bil ki, qara bir məşum kölgə, dəhşətli bir kabus idi və öz dəhşətilə də Ulduzun başının üstünü almışdı, girəvəsini kəsmişdi, onu baş qaldırıb göz açmağa qoymurdu. Qara mozalan nəinki Ulduzun, Ulduzdan da artıq Şükranın ovqatını təlx edib qanını qaraldırdı, özü də Şükrandan ötüb Göyalını vahiməyə salırdı ki, gümüş saçlı Qaratelin ürəyinə hey qara damcılar damızdırırdı. Elə belə fikirləşəndə qara mozalan göz qabağında idi. Ancaq əslində heç də göz qabağında deyildi. Aydın idi ki, Ulduzu çalan, Ulduzun damarlarından yapışıb onun qanını axıdan, canına öz zəhərini yeridən heç bir ilan-əqrəb deyildi, qaraca bir mozalan idi. Əgər bu qaraca mozalan adicə mozalansa, canına şər-şeytanın qaraca nəfəsi dolmayıbsa, niyə bəs çəkilib getmir, niyə rədd olub uzaqlaşmır? Demək, qara mozalanın işi, qəsdi bu növrağı pozmaq idi, bu xanimanı dağıtmaq idi, bu müqəddəs nəşəyə zəhər qatmaq idi. Göyalı nəslinin çörəyini zəhərlə yoğurmaq idi, bəxtəvər ailəni ağlatmaq idi, ağqoyunluları qara yasa batırmaq idi. Şükranı doğan gümüşsaçlı, xoşbəxt Qarateli bədbəxt etmək idi. Bəs ayrı cür isə onda niyə bir küləkdə qayaların birinə çırpılmasın, yaxud Ulduzun qaça-qaça qopardığı toz-tozanağın içində itib-batıb qalmasın? Hey, hər yandan sağ-salamat çıxsın, diribaşlıq göstərib yaxa qurtarsın, alçaq qəsdini yerinə yetirməyincə, Ulduzun ürəyinə sağalmaz dağ çəkməyincə bir yanda qopub qalmasın?! Qara mozalan bu növrağı hey pozmaqdan, Göyalı ailəsinin sinəsinə dağ çəkib düyün qoymaqdan zövq alsın?! Baxanda bir qara dombagöz nə idi ki, Şükranın, ya Ulduzun ayaqları altına düşüb məhv olmasın? Amma nə edəsən ki, qar mozalan nə əl verir, nə də bunlardan hər birisinin ayaqları altına düşürdü. Getdikcə mozalan həyasızlaşır, sırtıqlaşır, öz zəhmlənən qara sir-sifətilə Göyalı külfətinin gününü göy əsgiyə düyürdü. O, Ulduzun şəhpərini qırıb Şükranın şöhrətini yox etmək istəyirdi. Şükranın köşək gözlərini söndürmək, Göyalının yurdculunu yoxa çıxarıb, onun ocağını keçirmək istəyirdi. Qara məqsədindən üzülməyən, qara qəsdinin yolunda yorulmaq bilməyən qara mozalan getdikcə daha da qatilləşirdi. Ulduzun qanını gündən-günə tez-tez sormaqdan, zəhərləməkdən başqa bicliyə, hiyləyə də keçirdi.
IXGöyalı ilə Qaratel yenə də qaraltı içində qaldılar, basaratları bağlanan kimi tərpənmədilər, danışa-danışa durdular. Onlar ulu Tanrıya inanmaq-inanmamaq təzadı içində dolaşırdılar. Nə əl-ayaq eləyib tezcə yaylağa qalxa bildilər, nə də aranda əyləşib arxayınlaşa bildilər. Ziyarət dağı onlardan ötrü dar ağacına döndü. Onlar bu dar ağacından asıla-asıla durdular. Ziyarət dağında ulu Tanrıdan diləyib aldıqları Şükranı onun amanında, pənahında saysalar da, yenə də şübhədən xilas ola bilmədilər, qara mozalanın gətirdiyi qaraltılardan qurtara bilmədilər.Nə isə, kələfin ucunu itirib vurnuxdular, vurnuxdular, bütün sözsöhbətlərinə baxmayaraq, üzə açılışıb Şükrana ciddi bir söz deyə bilmədilər. Onlar Şükranın ürəyinə qara qorxu salmaqdan qorxdular, gözlədilər, gözlədilər görək nə olur, bu qaraltı aldadıcıdır, ya necə? Gözlədilər görək ürəklərimizə daman qaraltıların əsli vardır, ya necə? “Axı biz Ziyarət dağına ziyarətə getmişik, biz orada övliya-ənbiya məqbərələrini, qabağımıza çıxan qara daşları öpmüşük, kəlləyə qalxıb ulu Tanrıya dəxil düşüb Şükranı almışıq. Yeddi qızın gözlərini güldürmüşük. Ağqoyunlu elinə bir səvari – Ulduz belində qanad açan ecazkar bir oğlan vermişik. Bəlkə bu mozalan lap adəti mozalandır, aranlarda olan qamışlıqla da qaynaşan, dana-dunanı dingildədən çox qaraca, heyvərəcə mozalanın birisidir? Biz Şükranı artıq istədiyimizdən, onun üstündə tir-tir əsdiyimizdən belə olur? Bəlkə bu gizli xof vahiməni açıb qızlarımıza, yeznələrimizə deyək?.. Bəlkə onlar öz oğul-uşaqları ilə birlikdə bizim ürəyimizə qaraltı salan qara mozalanı bu həndəvərdən qovsunlar? Ulduza da, Şükrana da rahatçılıq versinlər? Biz də ürəkdə qaralmayaq, arxayınlaşaq, arxayın-arxayın yığışılıb yuxarılara, ala yaylaqlara qalxaq?! Orada ala göllərin üstündə – dədə-baba yurdumuzda alaçıq-çadır quraq? Burada düzəni-dağı gözdən keçirə-keçirə yenə də Şükranın Ulduzun belində necə uçmağına, necə dağlardan aşmağına tamaşa edək? Şükranı aran elində, Göyəndə deyil, qar yağınca uzaqlarda, yaylaqda saxlayaq? Özümüz də Ulduza çiçəkli dağ yoncası yedirək? Ulduzu ağ göllərdə çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman çimizdirək? Ulduzu par-par parıldadaq? Heç zaman qoymayaq Ulduzun üstünə nəinki bir qara mozalan, heç bir qara milçək də qonsun!”
XAncaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”
Стихи других поэтов
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
Qəzəl: Ey ke həmhücreyi-mayiای که همحجرهٔ مایی ورق زهد بشویوی که ثابتقدمی غیر ره عشق مپوی
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu