Şükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.

Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.

Qara don geyən dözülməz böyük səhvə – xətaya yol verən Ulduz günahkar, qatil sayılırdı. Arada bu at barəsində cürbəcür danışıq gedirdi: görünür, Şükran ata acıqlanıb, onu acıtmışdır, – deyirdilər. – Bəlkə də Şükran atı döyüb, onda kin-küdurət doğurmuşdur. Yaxud, Şükran etibar etdiyi atın dövrəsinə dolanan zaman ehtiyatsızlıq edibdir? – Hönkürtülər sakitləşincə ağıçılar nəfəslərini dərincə Şükranın ölümü haqqında belə və buna bənzər çox söz-söhbət gedirdi. Ancaq heç kəs mozalanın hiyləgərliyindən, qaradan qara şeytan, şər əməlindən danışmırdı...

Bir az qışqırandan, hönkürüb hıçqırandan sonra səsi kallaşan, boğazı tutulan Göyalı da, özünün ağ gümüş saçlarını al-qana boyayan Qaratel də Göyalıdan beşbetər hala düşmüşdü, daha başqa bir söz deyə bilmirdi. Ümumən qəzanın qədərindən qaça bilməyən, Şükranı bədbəxtlikdən sovuşdura bilməyən Göyalı ilə Qaratel küskünləşmişdilər. Onlar birinci növbədə çox güvəndikləri ulu Tanrıdan üz döndərmişdilər. Onlar Ziyarət dağından da, bu dağın övliya-ənbiyalarından da əl üzmüşdülər. Elə bil ki, hər nə varsa, yox imiş. Elə bil ki, bunlar ərarvad pay-piyada, sidq ürəklə Ziyarət dağına yollanmamışdılar, qara daşları öpməmişdilər, Ziyarət dağının kəlləsinə dırmanıb ulu Tanrıdan yeddi bacıya bir qardaş da diləməmişdilər, Şükranın təvəllüdündə təntənə etməmişdilər, Şükranın Ulduzun belində qanad açmağını seyr edib sevinməmişdilər, öyünməmişdilər. Guya bunların heç birisi yox imiş. Bu arada olsa-olsa yuxu, röya var imiş. Şükran özü də röya imiş?! Əgər röya deyilmişsə, bəs hanı Şükran? Hanı Şükranın Ulduzu? Hanı onun ağqoyunlular elində əmələ gələn Ulduz atlı ağçuxalı yaşıdları? Gümüş xəncərli igidləri? Hanı Göyalının xəyalən oğlunun toy dəbdəbəsi üçün arzuladığı Ağqoyunlu gözəli Sevgili? Bəlkə bunlar da yox imişlər? Yox, Şükran da, onun ağçuxalı yaşıdları da, ağ ulduzlu atlıları da, Ağqoyunlu göylərli gözəli Sevgili də xəyaldan artıq hərəkətdədilər. “İgid ölər – adı qalar, öküz ölər – gönü”.

...Budur, Ağqoyunlu gözəlləri içindən Göylərin özündən – çinarlar tərəfindən bir qız da qara geyimində gəldi. Həmin qara geyimli qızın adı Sevgilidir. Göyalı dürüst bilməyən, ancaq arzusunda oğlu üçün istəyən Sevgilidir. Budur, həmin Sevgili heç bir kəslə hesablaşmadan borana düşən sevgisini hamıya bildirmək üçün Şükranın üstünə gəlmişdir. Özü də Şükranın başı üzərində durmuşdu. Kimin nə həddi var ki, bu qızı qırağa çəksin? Sevgilinin ata-anasının nə ixtiyarı vardı bu halında qıza acıqlansın, biz bilməmişik desin?! Biz bilməyə-bilməyə Sevgili qız nə üçün matəm günü üzə çıxsan? – deyə şikayətlənsinlər.

Deməyəsən Şükran Ağqoyunlunun Göylər gözəli Sevgili adlı qıza öz eşqini duydurmuşdu. Oğlanla qızın alışıb-yanan gözləri bir-birlərinə sataşmışdı. Onlar dillərilə danışmasalar da, gözləri ilə danışmışlar. Qızlar bulağından su içən, on yeddi yaşına yenicə yetişən gözəl Sevgili Şükransız yaylağa qalxmaq istəməmişdir. Sevgili öz sevdiyi oğlanın Ulduzun belinə qalxmağını, ala yaylağa yollanmağını gözləmişdir. Sevgili elə də uzaqdan deyildi: Göylər oymağının özündəndir, çeşmənin o tərəfində, qollu-qanadlı çinarın dibində dayanan komadandır. Şükran hər dəfə Ulduzu çeşməyə gətirəndə bu qızı görmüşdür. Qarğı çəpərin daldasında dayanan Sevgili də gözlə-qaşla danışmışdır. Kim bilir, bəlkə də Şükran da qıza görə Ulduzun belində qanad açmışdır, bu qızın eşqilə minicilikdə möcüzə göstərmişdir, hər kəsi heyran etmişdir! Şükran öz ata-anasına bir söz deməsə də, bacılarına bir işarə edib bir söz çıldırmasa da, belə idi, belə olduğu da indicə açılırdı. Elə dilsiz, ürəkdən gələn ürəklə danışan cavanların müsibəti aləmi yandırmırdımı? Hamı bu müqəddəs eşqin nakamlığına görə ağlamırdımı?

– Hanı Şükran?

– Hanı Ulduz?

– Ulduz niyə etibarsız çıxdı?

– Niyə Ulduz qatil oldu?

Bu sorğular Ziyarət dağında əks-səda doğururdu. Acı taleyin düyünlü olmasına, belə bir dəhşətli döngəyə düşməyinə hamı acıyırdı, göynəyirdi, dizinə döyüb, başına vururdu.

– Hanı ulu Tanrımızın ədaləti?

– Niyə ulu Tanrımız öz verdiyini öz amanında saxlamadı?!

Əlbəttə, qan içən fitnəkar mozalan öz qara qəsdini yerinə yetirincə aradan çıxmışdı. Düzü, adam olan mozalanın bu boyda faciə törətdiyini dərk edə bilmirdi. Belə olduqda müqəssir Ulduz idi, müqəssir Şükranın öz acı taleyi idi. Guya Şükran taleyinin nəsibi bu imiş. Ulu Tanrının ədalətsizliyi, Ziyarət dağının övliya-ənbiyalarının diqqətsizliyi Şükrana qarşı biganəliyi idi. Bu fəlakəti hərə bir yana yozub, hərə bir cür mühakimə edirdi. Hərə bir cür qəza-qədərə inanırdı. “Adamın alnında nə yazılıbsa, o da olacaqdır” – iddiasında olanlar da az deyildi. Ancaq bu müsibəti hər yana yozsalar da, heç kəs belə vaxtsız-vədəsiz ölümlə razılaşa bilmirdi. Hamı Şükranın ölümünü fəlakət sayırdı, müsibət, faciə, haqsızlıq, ədalətsizlik bilirdi. Göyalı nə qədər keyisə də, bilmirdi niyə ürəklərinə bunca qara damcılar dama-dama onlar ayıq-sayıq olmağa çağırılan zamanda belə qəzanın qədərindən qaça bilmədilər?.. Niyə Bəyalı oğlu Göyalı Göyəm qızı Qaratelin ağıllı-şüurlu təklifinin ziddinə çıxdı? Niyə o, doğma ananın sözünü uğursuzluğa yozdu? Niyə o, əzəldən dinc durduğu yerdə Ziyarət dağina yollandı, ulu Tanrıdan yeddi qıza bir qardaş, özünə də bir aqibətsiz yurdcul dilədi? Niyə, niyə, niyə?.. Bəlkə Göyalı günahkardır? Əgər Göyalı günahkarsa, niyə intiqamı onun özündən deyil, bigünah Şükrandan alınsın? Bəlkə bu müsibət havalanan ağqoyunluları bir yerə yığıb ağlatmaq üçündür?

Hərə bir cür bilir, əslində heç kəs heç nəyi təfərrüatına qədər bilmirdi, bu oğlanın taleyinin belə sönük çıxmağından heç kəs düz-əməlli baş aça bilmirdi. Duruxub dayanan adamların təsəvvüründə Şükranın qara kirpikləri cərgələnir, onun köşək gözləri sorğular içində gəzirdi. Tabutda uzanan Şükran adamların təsəvvüründə bir də, bir də tabutdan durub Ulduzun belinə qalxır, təsadüfi əcəldən uzaqlaşır, uçduqca uçur, onun cingiltili cavan səs-sədası, Ulduzun nal səsləri Ziyarət dağından geriyə qayıdırdı. Min-min ağqoyunlunu dinləməyə məcbur edirdi:

– Allahü-əkbər... Allah bilən...

Qaratel bu ağır müsibətdən sonra qupquru qurumuşdu. Ananın quruyan gözləri döyükə-döyükə durmuşdu. Görəsən ananın aqibəti necə olacaqdı? Barı, başqa bir müsibət olmasın! Elə bil ki, ana aradan çıxmaq, bu müsibətdən uzaqlaşmaq, gözlərinin qabağında qara tabutda uzanan oğlunu haralardasa axtarmaq, Ziyarət dağına qalxıb, “Şükran, Şükran!” – deyə çağırmaq istəyirdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XLII

İstirahət günü olduğundan Xatun işə çıxmamışdı. O, Mehmanın rayona qayıdacağını bilib bikefləmişdi:– Olmazmı, oğul, bu gün də qalasan? – deyə Xatun oğluna muraciət etdi. – Bircə gün də!..

19447 мин
XLIII

İkinci günü Mehman rayon mərkəzinə çatdı. Qaloşlu adam əl-ayağa düşdü. Murtuzov eşidən kimi arvadı Yavəri də götürüb Mehmanın görüşünə gəldi. Mehmanın başdansovdu sözündən, soyuq söhbətindən sonra onlar dağılışıb getdilər. Şəhla xanım balaca çamadanı açıb onun içini yoxladı. Burada yalnız bir ətir şüşəsi var idi. Bunu da yəqin ki, yol üçün almış, unutduğundanmı, ya nədənmi, başını açıb tərpətməmişdi. Bu tək şüşə sanki bir gülləyə çevrilib, Şəhla xanımın ürəyindən keçdi:– Həri, əl üçün yarar, – deyə Şəhla xanım pərtliyindən qızardı.

19446 мин
XLIV

Mehman barəsində Kamilovun respublika prokurorluğuna göndərdiyi narazılıq teleqramına baxmayaraq, onun belə tez qayıdıb gəlməyi, prokurorluğun işinə birbaş girişməyi Kamilovu narahat edirdi. – “Necə ola bilər ki, mən boyda dağın teleqramı nəzərə alınmasın?” – Kamilov vurnuxur, heç bir yanda özünə yer tapa bilmirdi... Buna görə də o, hər hansı bir kağızı öz qabağına sərsə də, onu yarımçıq buraxır, bir sətir belə başına girmirdi, cinlənir, az qala durub daş-divarı gəmirmək istəyirdi, – “Bu nə işdir ki, heç mən özüm də baş tapmıram?” – deyə o gəzinirdi. Kamilov əsəbiliklə dartıb pəncərəni açsa da, yenə hava ona azlıq edir, hövlündən ürəyi az qala ağzına gəlirdi. Bu qayda ilə iş vaxtı qurtarınca Kamilov öz kabinetində gəzindi, evinə döndü, geyinib-keçinib yol gözləyən Zərrintaca baş ağrısından şikayətləndi. Cavan arvad qocanın bu halına yanıb təcili həkim çağırmaq istədi, ancaq Kamilov razı olmadan əlini qaldırıb yellədi... Kamilov öz əsl mərəzini Zərrintaca açmaq, onun yanında öz gücsüzlüyünü göstərmək istəmirdi. Axı bu neçə vaxt ərzində Zərrintac Kamilovu dağ boyda bir adam saydığı halda, o durub öz paxırını necə açsın, özünü alçacıq bir təpəcik kimi göstərsin?.. Yox, əsla belə şey ola bilməz!.. Heç bir zaman Kamilov kimi bir dağ bu işə getməz, öz şəstini əyib sındırmazdı?!. Axı heç bilmək olmur, bu cavan oğlan haradan prokuror olub bura gəldi, Kamilovun bu möhürlü qərarlarını araq-varaq eləyib, onun ovqatına belə acı soğan doğradı?..Axı nə üçün Vahidov bu Mehmandan belə bərk yapışıb, öz hərəkəti ilə ona ürək-dirək verir?.. Raykom katibi Mərdan Vahidov rayon prokuroru Mehman Atamoğlanovla bax gör necə də qoşa gəzir, vağzala getmək üçün katib özü prokurorun qapısına öz maşınını göndərir, o, Kamilov kimi bir rütbə sahibini burada qoyub, dünənki bir uşağa bel bağlayır, onun sözünə qüvvət verir?.. Bəli, deyəsən axı Kamilovun nüfuzu bir zəlzələyə düşür?.. Niyə bəs belə?.. Kamilov özünün laxladığını hiss edirdi!.. Bu zəlzələdən necə çıxmaq?.. O, bu hissləri özünə yaxın buraxmaq, bacardıqca özünü sındırmaq istəmirdi. Kamilov düşündükcə az qala özü də özündən çəkinir, öz gücsüzlüyünü özündən belə gizlədirdi... Zahiri bir bağırtı-çığırtı, hədə-hərbə gəlmək, beləliklə də öz günlərini başa vurmaq, özünü məğlubedilməz, kürəyi yerəgəlməz, Rüstəm-Zal hesab etmək də ona kömək etmirdi. Axı necə ola bilərdi ki, o öz dolaşdığını boynuna alsın? – Heç belə şey olardımı?.. Kamilov yatdığı yerdə eşələnir, dağ boyda iri gövdəsi ilə oyan-buyana aşır, dəmir çarpayını titrədirdi... Qəflət yuxusuna qapılıb yatmaq olmazdı!.. Durmaq, ağır addımlarla öz kabinetinə getmək, telefon dəstəyindən yapışmaq, ora-bura zəng etmək, işdən-gücdən söz salmaq gərək idi!.. Qoy hər bir kəs, o cümlədən Kamilovun özü də görsün ki, o dağ boyda bir adam necə də gur-gur guruldayır, onun səsi necə də güclü və qulaqbatırıcı bir heybətlə çıxır!.. Yox, qapanıb evdə oturmaq heç də yaramazdı. Bu hal Kamilov üçün indi hər şeydən qorxulu görünürdü. Kamilov öz kabinetini, niyə indi hər vaxtda olduğundan artıq sevir, buranı heç tərk etmək belə istəmirdi. Axı irəlicə o qədər də xoşlamadığı bu kabinet indi Kamilov üçün niyə belə qəşəngləşir... Bax, divar saatı, boyun-boyuna verən stullar, üstü örtüklü stollar, yumşaq divanlar, xüsusən sirr və güc əlaməti olaraq küncdə dayanan o polad kassa, stol üstünə düzülmüş telefonlar, bu pəncərələrdən görünən yal-yamaclar, dağ-daşlar indi hamısı, bax, bir gör nə dərəcədə Kamilovun xoşuna gəlir?.. Axı niyə indiyə kimi bu kabinet Kamilova belə göyçək görünmürdü? Hələ ki, ortalıqda elə bir şey olmadığı halda, niyə bəs Kamilov belə bir təşvişə düşübdür? Özü də bunu dərk edə bilmirdi. “Axı ürəyim niyə belə qurğuşun kimi ağırlaşsın?” Görünür, hamısı o Mehmandan, o Salamatov kimiləri haqqında olan qərarları qurdalayıb tərpətməyindən gəlir?!. Axı olmazdımı ki, Kamilov öz qaba və səhv hərəkətlərinə bir nəzər salsın?.. Onda Kamilovun şəstinə dəyməzdimi? Yox, tezcə kabinetə dönmək, stoldan yapışmaq, telefonçuların üstünə bağırmaq, öz gücünü sınamaq!.. Kamilov ayağa durub fısıldaya-fısıldaya geyindi, Zərrintaca bir söz demədən qapıdan çıxdı, özünü təngnəfəs kabinetə saldı, lampanı yandırdı, buradakı müxəlləfatı diqqətlə gözdən keçirdi. O, stula əyləşib telefon dəstəyindən yapışdı, zəngi zəng üstdən çaldı, doğrudan da o, hər yana səs saldı, hər dəfə ona “bəli-xeyr”lə cavab verildi. Bəs belə isə, bu nə vəlvələdir ki, Kamilovun canına düşübdür? O ayağa durub astadan fit çaldı, özünü toxtadıb ələ almağa çalışdı, gəzindi, sonra Murtuzova zəng vurdu.

194410 мин
XLV

Gecə uzun yol gələn Vahidov gün çeşit yerinə qalxınca evinə döndü. Aşırılıb atdan düşdü, katibin dönəcəyini gözləyən xidmətçi kişi kəhər atı şəhərin kənarındakı tövləyə apardı. Vahidov pilləkənyuxarı qalxdı. Əynindəki boz şinelini və gün bozartmış papağını çıxarıb koridordakı asmadan asdı. Balaca oğlunu yatırdan Səlimə ayaq səsinə durub qapını açdı və:– Haradasan, Mərdan? – deyə ərini süzdü. – İki gündür zəng etmirsən.

19448 мин

Стихи других поэтов