Dədələr, babalar ocağındayam
Könlümdə bir dərya nəcib arzular,Yenə dərdli Araz qırağındayam.Xeyli var üzünü görmədiyimin –Cənublu dilbərin sorağındayam.
Deyirəm silinsin sinəmdən bu dağ,Qəlbləri oxuyum mən varaq-varaq.Hər iki sahildə deyiləm qonaq,Dədələr, babalar ocağındayam.
Gəzirəm qol-qola həqiqətimlə,Üz-üzə gəlirəm səadətimlə.Dünyaya sığmayan məhəbbətimlə,Öz anam torpağın qucağındayam.
Könlümə doğmadır mənim bu yerlər,Sizindir yazdığım bütün şeirlər.Süleyman Rüstəməm, belə deyirlər,Mahnımla ellərin dodağındayam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-dedeler-babalar-ocagindayam-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xatirat dəftərim durur qarşımda,Dolaşır bir ölməz sevda başımda.
O sənin ürəyindirİllərcə bu köksümdə solmayan bir çiçək var,O sənin çiçəyindir, o sənin çiçəyindirl
Piyalə şəklindəGələndə məclisə mey əldə lalə şəklində,Nigarım aytək olur, mənsə halə şəklində.
Qəribə tanışlıqBizi tanış etdilər, çox xoşuma gəldi qız,İncə gülüşləriylə gözümdə yüksəldi qız.
Стихи других поэтов · О родине
Fəcri-zəfərdə gülüyor intibah,Tiği-fütuhat ilədir inşirah.
نیستی طفل، اینقدر بر خاک غلتیدن چرا؟گِل به روی آفتابِ روح مالیدن چرا
Джам-и Джам, глава 13ای در علم و خانهٔ دستورچشم بد باد از آستان تو دور
Ol gün ki çıxdı Şişədə meydana dördaşıqOl gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.