Buzdan da soyuq qəlbindən məniSilsən də birdir, silməsən də bir.Baxıb uzaqdan mənim halımaGülsən də birdir, gülməsən də bir.

Xeyli zamandır görmürəm səni,Mən unutmuşam olub-keçəni.Kimi sevirəm, kim sevir məni,Bilsən də birdir, bilməsən də bir.

Çox da ağarıb başım qar kimi,Keçir qışım da ilk bahar kimi.Bir gün yanıma günahkar kimiGəlsən də birdir, gəlməsən də bir.

Deyirlər yaman dəyişmisən sən.Mən necəyəmsə bilir el, vətən.Bir gün təzədən mənim dərdimdənÖlsən də birdir, ölməsən də bir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви