Elə ki, güldü sənin bəxtinə dövran, Gəncə,Hər yerin, hər bucağın oldu gülüstan, Gəncə.

Bilirəm sənsiz üzüm gülməz, açılmaz könlüm,Mən ürəkdən deyirəm: can sənə qurban, Gəncə!

Adlanırsan bütün aləmdə gözəllər yuvası,Olmuşam hüsnünə aşiq kimi heyran, Gəncə.

Dostluğun nəğməsi çoxdan bürüyüb göylərini,Can deyib, can eşidir səndə hər insan, Gəncə.

Görməsin bir də oğul dərdi elin mərd anası,Çəkməsin ordusunu üstünə hicran, Gəncə!

Şöhrətindir yaraşıq canlı könül dəftərimə,Ey vətən torpağı, ey ömrü firavan Gəncə.Əyilib öpdü məhəbbətlə qızıl torpağını,Sənə hörmətlə qəzəl yazdı Süleyman, Gəncə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе