Anam torpaq
Ürəyimdə gəzdirirəm doğma anam torpağı,Babalardan yadigardır hər gülşəni, hər bağı.Mən torpaqdan yaranmışam, torpaq məndən yaranıb,Mənə vətən yaranıb.Milyon-milyon məhəbbətlər yatır torpaq altında,Məhəbbətlər, xoş söhbətlər yatır torpaq altında.Tarix bilir nələr, kimlər qarışıb bu torpağa,Milyon-milyon təbəssümlər qarışıb bu torpağa.Torpaq altda vaxtlı, vaxtsız yatanları anıram,Özümü də bu torpağa bir namizəd sanıram.Sanıram ki, yer üzünə işıq salan ulduzlar,Köçüb getmiş dühaların qocalmayan sözüdür.Gecələri dünyamızı seyrə dalan ulduzlarTorpaq altda yatanların göylərdəki gözüdür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-anam-torpaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şad günümdə yaxşı ki, məndən də şaddır sevgilim,Şerimə illər boyu qoldur, qanaddır sevgilim.
Mabədi varRəssamın öz fırçası, öz rəngi var,Şairin öz xətti, öz ahəngi var.
BülbüləTəzədən işlənmiş*Bülbül! Sənə ilham verən azad vətənindi,
SaxlarsanFikrət Qocaya*Gözəl şeirlərini öz adında saxlarsan,
Стихи других поэтов · О родине
Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.
NəzirəMənim ey naxçıvanlı şairə heyran olan konlüm,Yazan latayilate matü sərgərdan olan könlüm.