Günahkarıq
Təbəssümlər yağdırıb tez-tez dodaqlarından,Yetənə yalvarırsan tərifçün dilənçi tək.Ayağın kəsilməyir sənət ocaqlarından,Xəyalı da qonorar alırsan ətək-ətək.Kökünü, ünvanını sən yox, mən bilirəm, mənQələminin ucundan çıxan “şeirlərinin”.Oxucusu özünsən, məddahı da özünsən,Ürək soyuducundan çıxan “şeirlərinin”.Artıq yetər oyuncaq sandın şeri, sənəti,Ustadları bu yolda dolu döyüb, qar döyüb.Günahkarıq, günahkarıq, bu çılpaq həqiqətiNə mən sənə demişəm, nə də dostlarım deyib.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-gunahkariq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ata! Sən bu həyatdan nakam getmədin əsla,Gəlir övladlarının ocağından işıqlar.
AxtararsınızBir gün yadınıza düşərsəm, məni,Bu doğma ellərdə axtararsınız.
Ötən illərimGəldi yaş üstünə yenə də bir yaş,Sanmayın, yel kimi keçdi illərim.
Mənə qalıbdırUlu babalardan, mərd atalardanHaqq yolu izləmək qalıbdır mənə.