Mənim fəlsəfəm
Düyünlü sözlərdən heç gəlməz xoşum,Aydın həqiqətdir mənim fəlsəfəm.Vətənə, millətə, qardaş ellərəDərin məhəbbətdir mənim fəlsəfəm.
Dumanlı arzular, xam xəyal deyil,Şan-şöhrət uğrunda qalmaqal deyil;Fitnə-fəsad deyil, puç amal deyil,Haqdır, ədalətdir mənim fəlsəfəm.
Mən çox bəlalara gərmişəm sinə,Haqqı yazmamışam heç vaxt tərsinə.Ulu babaların yaxşı irsinəƏbədi hörmətdir mənim fəlsəfəm.
Mənasız ədavət nəyimə gərək,Dar gündə mal-dövlət nəyimə gərək,Acizlik, ətalət nəyimə gərək,Hünərdir, cürətdir mənim fəlsəfəm.
Xalqımın şöhrəti tutub cahanı,Odur dilimdəki mahnımın canı.Məslək düşməniylə döyüş zamanıYalnız rəşadətdir mənim fəlsəfəm.
Gərək son verilsin hər fəlakətə,İnsanam, düşmənəm zülmə, vəhşətə;Azadlıq aşiqi bəşəriyyətəCan-başla xidmətdir mənim fəlsəfəm.
Zəhmətsiz bir ömrün nə mənası var?İnsana zəfərsiz yaraşmaz vüqar.Qardaşa, yoldaşa, dosta etibar,Düşmənə nifrətdir mənim fəlsəfəm!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-menim-felsefem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dostum Səməd Vurğunun 50 illiyinə*Çox adamlar pərt olur yaşdan söhbət düşəndə,
Sağ ol, müəllimim Süleyman SaniMəktəb illərində müəllimimizTək müəllim deyil, ataydı, ata.
AnaƏzizə Cəfərzadəyə*Ey könül, nəğməmizin ilk sözü – fəxr et, anadır,
TapıbdırDostum Osman Sarıvəllinin Almaniya səfəri*Leypsiq yarmarkasında qazaxlı dostum Osman