Olsun
Bir adətidir bülbülün hər fəsli-bahardaSorsun “hanı bir yer, bu çəməndən gözəl olsun!”
Baxdıqca sorar, güzgüyə, canan, öz-özündən:“Dünyada gözəl varmı ki, məndən gözəl olsun?!”
Yüngüllərin ardınca dönüb baxmaram əsla,İstər ya sifətdən, ya bədəndən gözəl olsun.
Ey nazlı Vətən! Yox elə bir şey bu həyatdaSəndən əziz olsun mənə, səndən gözəl olsun.
Təkrar edəcəkdir bunu hər yerdə Süleyman;Bir öylə gözəl yox ki, Vətəndən gözəl olsun!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-olsun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ah, o gözlər, o gözlərXəzər kimi ləpəli.
Nə deyimSevgilim, mən sənə canan deməyim, bəs nə deyim?Hüsnünü dərdimə dərman deməyim, bəs nə deyim?
Olmasa olmazBağlarda əsəndə payız yelləri,Ağaclar saçını yolmasa olmaz,
Tanımadınmı?O gün bir məclisdə gəldik üz-üzəBu dərdi pünhanı tanımadınmı?
Стихи других поэтов · О природе
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.
Sən gedəndən bəri, ey çeşmi xumarSən gedəndən bəri, ey çeşmi xumar,Əzəl gözlərimin xabı çəkildi.