Səbuhini düşünərkən
Öz masamın arxasında narahatam yenə mən,Şair kimi Səbuhini düşünürəm səhərdən.Mən dünən də düşünmüşəm, düşünürəm bu gün də,Düşündükcə qələm gəzir ağ vərəqlər üstündə.Mən bu yolda hər zəhmətə hazıram,Ürəyimin dediyini yazıram.Bir millətin dərdlərini ürəyində gəzdirən,Əsrin ağır yüklərini kürəyində gəzdirən,Uzaqları görən adam,Sinəsini əzablara gərən adam,Qatı qara buludların içindən,Günəş kimi göründü,Narazıydı başdan-başa zəmanənin işindən,Bağrındakı yaraları dərindən də dərindi.Duyub dövrün ələmini,Əlindəki qələmini,Qılınc kimi cəhalətin boğazına dayadı,Haray çəkdi təməlindən dəyişməkçin həyatı.Düşmənləri çox güclüydü, gətirmədi onunku,Ürəyindən gəlib keçdi karvan-karvan qəm yükü.El bağını gündən-günə basdı qara tikanlar,Səbuhinin əllərində açdı yara tikanlar.Kim bilmir ki, güzəranı yamandan da yamandı,Ürəyini millətinin yarasına yamadı.Gözü açıq Səbuhi,Bağrı yanıq Səbuhi,Davam etdi yoluna –Döyüşdükcə qüvvət gəldi qoluna.Can verməkçin vətəninin torpağına, daşına,Gündən, aydan, ulduzlardan qoşun yığıb başına,Çoxlarının gözlərindən pərdələri götürdü,Millətinə gələcəkdən şad xəbərlər gətirdi.
Hücum çəkdi qaranlıqlar dünyasına amansız,Bircə an da yaşamadı azadlığa gümansız.Kafər dedi gözübağlı dinlilər,Ərəblərə yas saxlayan miskinlər, pis günlülər,Gözü açıq dinsizə,Fikri aydın, sözü açıq dinsizə,O, tufanlı dəryaların qoynundaİtirmədi özünü,Dolaşdıqca gəmisiylə dalğaların qoynunda,Qan ağlayan Şərqə tutdu üzünü.Azadlığa çağırdı gənc yaşından,Ayrılmadı sükanının başından.Həyat, nicat gəmisini uzaqlara sürdü o,Qaranlıqlar arxasında ağ günləri gördü o.Ürəyində min bir arzu bəslədi,Öz xalqını azadlığın sarayına səslədi.Qara keçdisə də onun günləri,Düha kimi mətanətlə,Cəsarətlə,Hədyan saydı dinləri!Öz əsrində rus xalqının duyub böyük yasını,Xəzan gördü öz ömrünün baharını, yazını.Elə matəm saxladı ki, rus oğluna – Puşkinə,Gözü yaşlı dastan yazdı yana-yana Puşkinə.Şair kimi əlbir olub köhnə dostum baharlaİftixarla, vüqarlaO qəhrəman ustadımın and içərək başına,Məhəbbətlə baş əyirəm dilsiz məzar daşına.Onu yenə ustad kimi sıramızda bilərək,Sevinərək, gülərək,Ona ürək sözlərimi deyirəm,Sadə, göyçək sözlərimi deyirəm.Ey mücahid Səbuhi,Ey dövrünün qəmlərinə canlı şahid Səbuhi!Döyüşlərdə yağılardan alan zaman min yara,Ürəyinin dağlarını vursaydın qart dağlara –
Bir qırpımda dağıdardı dağları,Yalın əllə təmizlərkən tikanlardan bağları,Bircə kərə uf demədin, ey ustad,Dedin gərək təməlindən təzələnsin bu həyat.Sən başını dik tutub,Ürəyinin ağrısını unudubÖz xalqının yarasını düşündün,Azad, xoşbəxt dünyasını düşündün.Ey ustadlar ustadı,Sən ey vətən övladı!Bizim böyük dünyadaBir balaca adım, sanım varsa da,Sənin kiçik tələbənəm yenə mən,Nə olar, qoy xatırladım bir qeydini sənə mən...Füzulinin haqqındadır söhbətim,Bax onu da, bax səni də candan sevir millətim.Kim deyir ki, sevməmisən sən onu,Vətənimin böyük şair oğlunu?!Yox, sevmisən, öz dövründə gülməyən o şairi,Bu gün belə ölməyən o şairi.O da, sən də dühasınız, əzizsiniz bizimçün,Sizi ustad seçmişəm mən çətin yolda özümçün.Dirilərin dirisisən bu gün sən,Xoşbəxtlərtək öyün sən!Zəmanəmin övladları, qıl nəzər,Allahları, şeytanları salıb göydən dərbədər,İstibdadı basdırıblar dərindən də dərinə.Şeytan sözü, Allah sözü qocalıb,Dərd ocağı-məscidlərin yerinə –Mədəniyyət ocaqları ucalıb.Könüllərdə addımlayan əbədi bir bahardır,Karvanımız ulduzların yollarını ağardır.Yurdumuzdan kəsilmişdir qəm, qüssənin ayağı,Aydan, gündən asılmışdır eşqimizin bayrağı.Sən ey bizim sirdaşımız, Səbuhi,Yoldaşımız Səbuhi!..
Şair kimi fəxr edirəm adınla,Könlümün söz otağını qızdırıram odunla.Sağ olsaydın bu gün sən,Məhəbbətlə vəcdə gəlib yenidən,Son verərdin köhnə ürək ağrına,Bizim xoşbəxt nəsilləri basardın öz bağrına.İnqilabın qanım rəngli bayrağını öpərdin,Doğma, azad Vətəninin torpağını öpərdin.Bəli, bəli, yaşasaydın bu günlərə qədər sən,İnanıram buna mən:Öz xalqının taleyindən, ustad, razı, qalardın...
Oktyabr 1962
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-sebuhini-dusunerken
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bütün yer kürəsində azadlıq istəyənlər,Köləlik dünyasında ağ günə həsrət bəşər
GünahkarıqTəbəssümlər yağdırıb tez-tez dodaqlarından,Yetənə yalvarırsan tərifçün dilənçi tək.
Görürəm“Mən cahan mülkündə mütləq doğru halət görmədim,*Hər nə gördüm əyri gördüm, özgə babət görmədim”.*
Nəvəm AzadəyəGöz açdın həyata – açıldı baxtım,Dünyaya babalar gözüylə baxdım.
Стихи других поэтов · О родине
غدر آن دولتش هلاک رساند
VətənKalvayı Məhəmməd ağa, gördü düşüb dara vətən,Kömək yoxdu, arxa yoxdu, qalıb baxtı qara vətən,
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.