Döyüş illərinin təcrübəsiniCavan nəsillərə ötürən oldum.Qanlı göz yaşını, qəmi, qüssəniGərəksiz şey kimi itirən oldum.

Asan qazanmadım mən bu ağ günü,Gördüm zindanları, gördüm sürgünü.Ən ağır illərin ağır yükünüDünən bu çiynimə götürən oldum.

İzim var yurdumun hər bucağında,Ömrümün ən gözəl, qaynar çağında,Vətən torpağında, vətən bağındaXəzansız çiçəklər bitirən oldum.

Şair eldən alır öz ilhamını,Arazdan doldurub hicran camını,Qardaşın qardaşa xoş kəlamınıSahildən sahilə yetirən oldum.

Dünyaya örnəyəm məsləkimlə mən,Bu vətən mülkündə, diləyimlə mən –Qızıl qələmimlə, ürəyimlə mənŞerə dan yerini gətirən oldum!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине