İlk dəfə dünyaya sanki göz açdım,Mən yaşa dolmamış ağıla doldum.Uşaqlıq çağımdan ayrılmamışdım,Özüm bir uşağın atası oldum.

Ata qayğısından azad olmamış,Ata çağırılıram otağımda mən.Qucaqda gəzdiyim unudulmamış,Körpə gəzdirirəm qucağımda mən.

Dəydi nəfəsimə övlad nəfəsi,Ayıldım gəncliyin yaz yuxusundan.Coşdu ürəyimin şeir həvəsiOnun gül ətrindən, süd qoxusundan.

Qoluma güc gəldi şirin sözüylə,O, dodaq büzəndə çoxaldı dərdim.Oğluma baxanda ata gözüylə,Mən oğul gözüylə atamı gördüm.

Dünən bilmədiyim, bu gün bilindi,Son qoydum dünənki rahatlığıma.Düşündüm, bu sakit otaqda indi,Mənə göz qoyan var yaratdığıma.

Aldada bilmirəm o gözləri mən,Bu gündən yazdığım mənə sınaqdır.Oğul qarşısında xəcalət çəkənVətən qarşısında utanacaqdır.

Bağrıma basdıqca hər gecəyarıSevinci, fərəhi sinəmə doldu.Körpə ürəyinin çırpıntılarıŞerimin ən gözəl ahəngi oldu.

Nədir övlad eşqi, əzəl bilməzdim,Bu hissi qəlbində kim yaşatmamış?

O, gəzib otağı başa çatmamışMən masa dalından dünyanı gəzdim.Əlindən tuturam o büdrəyəndə,Sanır dağ gücü var ata qolunda.Fəqət, o bilmir ki, şerin yolundaBüdrəyə-büdrəyə gedirəm mən də.

Hələ qəlbimdədir istəyim, kamım.Sənət zirvəsinə əl çatmamışdır.Qoy balam bilsin ki, şair ilhamım,Hələ balasını yaratmamışdır.

Bilsin ki, aldatsam o gözləri mən,Sabah yazdığımı o, danacaqdır.Oğul qarşısında xəcalət çəkənVətən qarşısında utanacaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов