Gördüm əğyar ilə, ey gül, səni, heyran qaldım,Gözlərin fikrini etdikcə, pərişan qaldım.

Oldular özgələr eşqində bütün xatircəm,Bircə mən həsrəti-zülfünlə nigaran qaldım.

Kamə yetdi çəməni-vəslin ilə biganə,Yenə mən bülbüli-şeyda kimi nalan qaldım.

Şəmi-rüxsarın odu eylədi pərvanə məni,Gecələr sübhədək atəşlərə suzan qaldım.

Şadəm ondan-hələ bir dinə müqəyyəd deyiləm,Mən bu aləmdə nə kafər, nə müsəlman qaldım.

Sevdiyim dilbərə hər barədə sadiq çıxdım,Doğruluqla vətənə, xalqa nigəhban qaldım.

Eşqə sərf eyləmişəm, hər nə mətaim var idi,İndi tən eyləmə, Vahid, niyə üryan qaldım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви