Köhnə dostumla gözəl bir gündə,Görüşərkən mayın on dördündə“Çox təəccüb, – dedi, – bir böylə zaman,Laübali keçirirsən güzəran.Bax bir həmtaylarına, ibrət elə,Bir işin ardına düş, hümmət elə.Hamının sənəti, elmi, hünəri,Oxunur kənddə, şəhərdə əsəri.Sən də onlar kimi bir şairsən,Yenə az-çox bu işə mahirsən.Oxunur hər gecə hər yerdə sözün,Özünü gör necə məhv etdin özün,Gəl bu işsizliyi at, əsrə yanaş,İndi aləm dəyişibdir başabaş;Əl-ələ ver yeni şairlər ilə,Yaz, yeni şerlər icad eylə”.“ – Xəbərin yox, – dedim, – əhvalımdan,Büsbütün tərcümeyi-halımdan.Əvvələn, dövrümü, tariximi bil,Sonra varsa yeri, aç töhmətə dil.Bakı şəhrində doğuldum anadan,Keçmədi bir elə müddət aradan.Atam öldü, mənim artdı kədərim,Yoxdu heç şeydən, uşaqdım, xəbərim.Qaldım avara, səfil, özbaşına,Elə ki çatdım on-on bir yaşına,Məktəbə, sənətə artdı həvəsim,Kimsəsizdim, yox idi dadrəsim.Möhnətim çox, qəmim ondan artıq,Baxıram dövrəmə yazıq-yazıq.Sorma kimlərdi mühitimdəkilər,Görməsinlər o günü indikilər.

El, qonum-qonşu bütün molla, qulaq,Hamı quldur, qoçu – gözlərdən iraq.Məktəbin çəkmək olardı adını?Yandırarlar adamın həftadını!Qoy açım söhbəti əvvəl başdan:Gizli bir dəfə qohum-qardaşdan,Gedib uşkollada girdim dərsə.Taleyim, fikr elədim, istərsə,Oxuyub bir neçə il qatlaşaram,Mən də insan kimi rahat yaşaram.Çəkərəm bir neçə il zəhmətlər,Xalqıma göstərərəm xidmətlər.Yetmədi məqsədinə, neylim, əlim,Oldu öz başıma əngəl əməlim.Qonşular işlərimi anladılar,Gedib ətrafıma şeytanladılar”,Əmimə söylədilər onlar: – “Ada!Qardaşın oğlu verib dini bada.Qalsa uşkollada bu, ruslaşacaq,Çaşacaq, doğru yolundan azacaq.Məsləhət, bizcə, bu fərsiz yetimi,O qədər döy bu gecə sübhə kimi,Bəlkə, gəlsin bir az ağlı başına,Görməsin bir də bir iş özbaşına”.İndi bildinmi, düşündünmü işi,Gəl məni danlama, bəsdir, a kişi.Göz açıb gənc zamanımda əyər,Eylədikcə bütün ətrafə nəzər,Oxumuş olsa idi dövri-bərim,İndi dünyanı tutardı əsərim.Nə edim, gördüm, əmim baqqaldır,Qoçudur, məhlədə ağsaqqaldır.Yaxın ətrafım hamı molla-kulaq,Qan tökən, xalqı soyan, bic, alçaq.Cəhl min iz buraxıb beynində.Sözləri dildə “vələzzalin”dir,İşləri kəlməbaşı, “amin”dir.Hamısı zırrama, bir cahili-tam,Ata cahil, oğul ondan da avam.Müxtəsər, keçdi həyatım bu sayaq,Düşməyək, gəl, daha mətləbdən uzaq.Gecə yatdım bürünüb əlbəsəyə,Göndərildim səhəri mədrəsəyə.Curlarım kimlər olubdur, demirəm,İndi də, bəlkə, xəcalət çəkirəm.Bir yığın tərbiyəsiz xırda uşaq,Biz gərək gördüyümüzdən danışaq.Onlara mən də qoşuldum səhəri,Səsimiz çulğalamışdı şəhəri.Sataşardıq yetənə, yetməyənə,Tez söyərdik bizə bir söz deyənə.Yüklü bir hambal ötərkən yoldan,Tor qurardıq ona sağdan, soldan.Sərilərdi yerə bir zorba kişi,Qırılardı bütün ağzında dişi.Çırılardı donumuz, qurşağımız,Köhnə cındır çuxamız, başmağımız.Börkümüz, pambığı çıxmış dirabı,Bəzinin yoxdu da başmaq, corabı.Başımız qırxılı, ya birçək idi,Biri donsuz, biri köynəkcək idi.Bir-birilə vuruşardıq özümüz,Gündə qanqeysən idi baş-gözümüz.“ – Ada, gəl, tut bu kitab, dəftərimi,Bir ölüncə döyüm Əbdülkərimi.Ya döyəm, ya gərək indi döyüləm,Qorxudan qaçsam, atamdan deyiləm!Bir də gördün, Həsən atdı daşını,Əhmədin yardı, qanatdı başını.Tərlan hər gündə döyərdi Laçını,Sındırardı yazığın qol-qıçını.Bitməmişdən biz edən mərəkələr,

Qoşulardı işə bizdən yekələr.Hamı saqqallı, hamı bığlı kişi,Başlayardı hamı murdar söyüşü.Hər məhəllə yığıb öz dəstəsini,Götürərdi hərə qozdəstəsini.Fısqırıq, mərəkə, vurhavurdu,Axtaran yox, kim atıb, kim vurdu?Bu işin baisi kimdi, yenə biz,Əyər olsaydı gözəl tərbiyəmiz –Biz də dünyada bir iş anlardıq,İndi bir elmli insanlardıq.Vardı məktəb yerinə mollaxana,Oxuyanlar hamı gəlmişdi cana.Mirzəmiz çalmalı Molla Hənfə,Qarşısında iki erkək xəlfə.Molla hərdən baxıb ətrafı süzür,Göz ağardır, dlin ağzında büzür.Eylə bədheybət idi sür-süfəti,Tökülərdi adamın baxsa əti.Hirslənirkən götürürdü çubuğu,Qarışıb bir-birə saqqalla bığı.Xəlfələr əldə fələqqə möhkəm,Sarıyardı uşağı müstəhkəm.Yazığı tez yerə yıxmaqla haman,Uşağa verməz idi molla aman.Çubuq hərdən göyə qalxır, bükülür,Ayağından uşağın qan tökülür.Dad edir, ərşə yetir fəryadı,Göz yaşiylə diləyir imdadı.– Keç bu təqsirimi, ay molla əmi,Ah, yandırdı çubuqlar dədəmi.Daha da molla olurdu əsəbi,Birəmin qat çoxalırdı qəzəbi.Özü də, bəlkə, düşünmürdü nə var,Sürüyə sanki soxulmuş canavar.Varlı, dövlətli idi hansı bir az,İncidib onları döymək yaramaz.Mollanın çünki olar sağ əlidir,Elə də mollanı bilmə dəlidir...Xeyrini, şərini çox yaxşı qanır,Onların mərhəmətindən dolanır.Hər nə olsa yenə dövlətlidə var,Pulsuz üryandı, kasıbdan nə çıxar.Kasıbın dərsə gedərkən balası,Molladan xahiş edərdi atası,“Verirəm oğlumu qultək sənə mən,İxtiyarın var, əyər öldürəsən.Kəs başın da, sənə qurbandı əti,Yetər ancaq mənə tək iskeleti”.Belə bir mədrəsədə kütlə tamamQalacaq, şübhəsiz, illərcə avam.Dərsimiz “əbcəd” idi, “rəbbi-yesir”,Bu da elm oldumu, ağlın nə kəsir?Qar, soyuqda şüşəsiz pəncərəsi,Qapılar bir yana düşmüş hərəsi.Uçulur ev, hələ torpaq tökülür,Daşa, divara dəyirsən, sökülür.Quru, boş mənzil hamı tir-tir əsir,Qabağında qutu, altında həsir.Diz çöküb lökləyir hərdən dəvətək,Gündəlik dərsini əzbərləyərək.Nə bir ustul, nə də skamyası var,Nə nizamı, nə də bir qaydası var.Bir para varlı uşaqlar iki-bir,Bəlkə ayəndə düşər hərdən-bir.Gətirirlərdi bir az-maz yanacaq,O da bir manqal olurdu ancaq.Qaldı ki, mən kimi sahibsizlərSoyuq altında qalıb tir-tir əsər.Mollanın haqqını hər ayda gərək,Hələ-əlbət bizə borc idi, verək.Mümkün etməzdi yenə bir paramız,

Verə bilməzdi, yox idi paramızƏvəzində çox idi xidmətimiz,Bir bilinməzdi yenə qiymətimiz.İşimiz aftova doldurmaq idi,Su gətirməklə odun yarmaq idi.Mollanın evdə olan xidmətiniBiz görərdik çəkərək zəhmətini.Arvadından da yaman qorxardıq,Gündə üç dəfə palaz çırpardıq,Xanımın xırda hamam xalçasını,Kirli pal-paltarını, boxçasını.Aparardıq hamama sürətlə,Gözləyərdik qapıda növbətlə.Hələ ki, çıxdı hamamdan çaparaq,Boxça evdəydi xanımdan da qabaq.O gəlincə samovar qaynardı,Hər nə istərsə, evində vardı.Doşabı, bal, kərəsi, qəndi, çayı,Ət, düyü müftə, un ondan havayı.Öz cibindən ki, deyil, el puludur,El ki, var, mollanın ancaq quludur.Süpürərdik evini, mitbaxını,Daşıyardıq çölə tor-torpağını.Aparardıq naxıra mal-qarasın.Biri itsteydi verərdik parasın.Qab-qacaq hər gün olurdu bulaşıq,Məcməyi, çirkli tava, yağlı qaşıq.Bunları biz yumalıydıq bir anGec yusaq, molla qopardar tufan.Hamının çalğıya vardı həvəsi,Tütəyin şən, o gözəl incə səsi,Qəm tutarkən sıxılan qəlbimiziŞənlədirdi azacıq, bəlkə, bizi.Molla ney çalmağa qoymaz, lakinBəsləyərdi tütəyə, çalğıya kin.Musiqi sənətinə düşməndi.Bizə daim bu idi rişxəndi.Musiqi çalsa bu dünyada biri,Şübhəsiz, odlu cəhənnəmdi yeri.Kim tütək çalsa, o azğın qudurur,Sanki peyğəmbərə min sillə vurur.Bir uşaq bir dəfə çaldıqda tütək,Molla yüzlərlə ona vurdu kötək.Rəsm elmin bir hünər sanmazdı,Şer zövqün düşünüb qanmazdı.Biz hara, sənət hara, elm hara?!Yazı yazsaydıq – o da cızmaqara.Özümüz rəsm çəkərdik hərdən,Onu da molla edərdi qədəğən.Kim şəkil çəksə idi dəftərdə,Ona can verməlidir məhşərdə.Xoşu gəlməzdi müəllimlərdən,Oxumuş gənc mütəllimlərdən.Xor baxardı yeni məktəblilərə,Qəlbən aşiqdi kişi köhnələrə.Qəzetə, jurnala baxmazdı özü,“Molla Nəsrəddin”i görməzdi gözü.Çünki çox yazmış onu jurnalda,Bu da düşmandı ona hər halda.– Üləmanı qoyur hər gündə lağa,Bənzədir mollanı erkək ulağa.Bir neçə dinsizi yığmış başına,Olub onlarla yaxından aşina.Biri rəssam, o biri nasirdir,Biri şair – o ki lap kafirdir!..Yığılıb bir yerə bu şeytanlar,Haqqımızda yazırlar böhtanlar...Biz ona sanki satılmış qulduq,Onun əmriylə bütün məşğulduq.Lap daha gəlmişdik təngə, zara,Nə qədər gündə gedək biz bazara?

Biz məgər mollaya müftə nökərik?Lap açıq, sanki, nökərdən betərik,İşlədir gündə bizi hambaltək,Bir utanmır da bu saqqallı köpək!Vardı bir yoldaşımız xeyli dəcəl,Yekə bir mərəkə, hazır cəncəl.Yox zirəklikdə bu aləmdə tayı,Unudulmaz bu gözəl haqqı-sayı.O bizi topladı bir gün başına.Dedi: – tək görmərəm iş özbaşına.Bu məsəldir ki, tək əldən nə çıxar,El əyər birləşə dünyanı yıxar.Hamımız verməliyik bizəl-ələ,Ciddi iş görməli, bitsin məsələ.Qurmuşam mən buna bir yaxşı kələk,Götürək hər birimiz bir dəyənək.O yoğun peysərinə qafildən,Bərk vuraq, taki o düşsün dildən.Qoy özü asdığı aşda bişsin,Məhv olub qarnı öküztək şişsin.Razı olsa buna yoldaşlar əyər,Edərik bir-birinə indi xəbər.Hamı bir səslə bəyəndik bu sözü,Başda Əhməd yenə olmaqla özü.Biz də söz verdik ona birləşərik,Olarıq fikrinə bu işdə şərik.Qalsaq ondan geri namərdik əyər,Hamımız hazırıq üsyana səhər.Mollanı salmaq üçün böylə tora,Günüzün məsləhətindən sonra.Bu gecə biz iki yoldaş seçdik,Bu çətin dərsi çox asan keçdik.Əhmədi məclisin etdik sədri,Katib etdik ona Əbdülqədiri.Onlar hər işdə cəsarətliydi,Bacarıqlıydı, ləyaqətliydi.Sədri təbrik elədik, əl vurduq,Sonra sakitcə dayandıq, durduq.Sədr söz verdi ən əvvəl Səfərə,O da döndərdi üzün bir nəfərə.Baxınız, bir bu çəlimsiz uşağa,Qılçasından dura bilmir ayağa.Özü yoxsul balası, həm də qərib,Üz-gözü gör necə gömgöy göyərib.Yazığı xəlfə salıbdır bu hala,Molladan qalmaz o zalım da dala.Elə hiddətli vurubdur gözünə,Yıxılıb, gəlməyib üç gün özünə.Əlli yumruq ona vurmuşdur azı,Ağlamaqdan tutulubdur boğazı.Əzilən, məhv olan hər yerdə kasıb,Qatlaşan möhnətə, hər dərdə kasıb.Oğlu olsaydı bu bir qolçomağın,Xəlfənin lap qoparardı qulağın.Ya əyər varlı olardı əsli,Xəlfənin lap qırılardı nəsli.Yerdə qoysaq bu işi, biz dəliyik,Hələ dərd çəkməli, qəm çəkməliyik.Düşmənin yağsa oxu hər yandan,Yenə qorxan deyilik düşmandan.Gavənin çatmasa Zöhhakə gücü,İntiqam almaq üçün var çəkici,Mən bununla sözümü qurtarıram,Sizə yoldaşcasına yalvarıram,Bu gözəl məqsədin üstündə duraq,Xəlfə vicdansızı da xeyli vuraq.Birgə bu məsləhəti xoşladılar,Səfəri əl çalıb alqışladılar;– Afərin fikrinə! Əhsən! Əhsən!Yaşa, yoldaş! – dedilər, ölməyəsən!Bürüdü məclisi səs-küy, bir uşaqÜz tutub sədrə tərəf söylədi: “Bax,

Mən açıq söyləyirəm, yoldaşlar!Səfərin burda bir az səhvi də var.Demirəm, xəlfə bizə yoldaşdır,Şübhəsiz, qəlbi onun da daşdır.İlanın, istəsə ağı, qarasıFərqi yoxdur, yenə birdir yarası.Vardır ancaq bu işin bir səbəbi,Xəlfə də molladan almış ədəbi.Qanmayıbdır, o cavan oğlandır,Onu yıxmaq bizə bir nöqsandır.Get-gedə, məncə, o islah olunar,Belə qalmaz əlimizdə yonular.Olmuram razı bu işdə Səfərə,Gəncləri almalı mütləq nəzərə.Xəlfə gəncdir, onu qandırmalıyıq,Mollanın nəslini yandırmalıyıq,Molla məhv olsa bitər mövhumat.Parladar ruhumuzu şanlı həyat.Öz sözümdə yenə təkrar edirəm.Mollanın məhvini israr edirəm.Bu gözəl təklifi məclisdəkilər,Hamı bir səslə qəbul eylədilər.Sədr sürətlə yerindən qalxdı,Sanki göy gurladı, şimşək çaxdı.Molladan başladı əvvəlcə özü,Hamının qəlbini titrətdi sözü:– Yetər, artıq yaşadıq heyvantək,Biz də bir an dolanaq insantək.Yenəmi möhnətə qatlaşmalıyıq?Bu əsarətdən uzaqlaşmalıyıq.Nə qədər molla bizi incitsin?Zalımı məhv edək, artıq bitsin.Xalq düşmənlərinə rəhm eləmək,Qoyunu qurda yedirməkdi demək.Zalımın kim diləyirsə əcəlin,Mərd iyidlər kimi qaldırsın əlin.Mollanın qətlinə verdik fitva,Yaşasın sədrimiz, urra, urra!Dərsə getdik bu səhər lap tezdən,Etməsin şübhə görənlər bizdən.İşi əvvəlcə düşündük, qandıq,Səs-səmirsiz məscidə yollandıq.Bu işin gər açılarsa üstü,Başımızdan çıxacaqdı tüstü.El bütün mollaqulaq, biz də dəcəl,Ölümüzdən də götürməzdilər əl.Lazımınca işə gördük tədbir,Yeridik məktəbə bir-bir, iki-bir.Yığışıb orda yenə birləşdik,Yerimizdə hamımız əyləşdik.Axtarırdıq elə fürsət ki, düşə,Molla bircə bu kəməndə ilişə.Çıxmasa ovçu özü hövsələdən,Tülkünün quyruğu çıxmaz tələdən.Baxtımızdan yenə də molla bu günCinlənib, iz salıb altında düyün.Baxmayır bir kəsə, kim gəldi döyür,Nə gəlir ağzına hiddətlə söyür.Doldurub məktəbə çirkin səsini,Çırpır hərdən yerə əmmaməsini.Səs salıb məscidə sanki topdu,Ya ki günbəzmi yerindən qopdu?Döndü xalis naxıra mollaxana,Bəyirir, “mo-mo” edir sanki dana.Hey tutursan da, tutulmur da köpək,Görünür, xətrinə düşmüşdü kötək.Bir kəsə bəlli deyildi səbəbi,Bizi də eylədi axır əsəbi.Biz də ki eyləmədik tənbəllik,Bu əyər ölsə, dedik – dincəllik.Lazımınca ona vurduq dəyənək,Qaralıb hər yeri oldu döyənək.

Çox da zənn eyləməyin iş bitdi,Bu döyülmək də cibindən getdi,Açıb örkən kimi əmmaməsini,Yerə yıxdıq o kobud gövdəsini.Bağladıq mədrəsənin minbərinə,Yenə də vurduq o kəl peysərinə.Öldü bildik, qapını tez açdıq,Mollanı təkcə buraxdıq, qaçdıq.Görmədik bir neçə il ondan əsər,Molla qaçmışdır o gündən dedilər.Mollamız onda bu qansızlardı,Zülm əlindən yaxamız qurtardı.Mollanın tərkin edəndən sonraBizə bambaşqa göründü dünya.Yeni bir zövq ilə gəldik həvəsə,Yeni məktəblərə girdik dərsə.Gərçi, insanca nəzərdə yoxuduq,Yenə lənət heçə, az-maz oxuduq.Cana gəldikcə bu ruhsuz ölülər,Onu da qoymadı əmmaməlilər.“Vay, şəriət!” deyərək minbərdəAsdılar kütlə gözündən pərdə.Yazdılar mətləbi gizlində çara,Çar da quyruq buladı mollalara.Özgələr güldü, bular ağladılar,Yeni məktəbləri də bağladılar.Üləma bildirərək adlarını,Qoydular dərsə öz övladlarını.Soydular xalqı o vicdansızlar,Canavarlar – yaramaz, qansızlar.Keçdi getdi o qaranlıq dəmlər,Doğdu gün, açdı qızıl rəngli səhər.Yurdumuz oldu sovetlər vətəni,Sevir indi hamı elmi sevəni.Baxsan hər bir yana, kəndə, şəhərə,Çarpacaq elmü maarif nəzərə.Açılıb elm evi on minlərcə,Kimi gündüz oxuyur, kimsi gecə.Oxumuş elmli insanıq biz,Var məharətli müəllimlərimiz.Gələcək nəslin onlar rəhbəridir,Ölkənin şən, qızıl əskərləridir,Nə müəllim uşağa nifrət edir,Nə müəllimdən, o bir qiybət edir.Vardı yüzlərcə mühəndislərimiz,Fənni-elmi-mütəxəssislərimiz.Yüksəlir günbəgün istehsalımız,Neftimiz, pambığımız, xam malımız.Özgələrdən daha yox minnətimiz,Yaradır hər şeyi öz zəhmətimiz.Kaş bir böylə gözəl aləmdə,Gənc olub elm oxuyaydım mən də.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов