Ah kim, bir yarın istiğnası öldürdü məni,Nazilən sərxoş xumar baxması öldürdü məni,Cilveyi-rəngi-rüxün həmrası öldürdü məni,Ol siyah kirpiklərin əlması öldürdü məni,Hamıdan artıq saçın sevdası öldürdü məni.

Mən ha əvvəldən deyildim böylə biidrakü huş,Eyləyən kimdir, bilirsənmi, məni bu dərdə tuş,Ol güli-narıncı məcərdir, o sərvi-səbzpuş,Qaş ilə göz arasında badə verdim canı, xoş,Bilmədim bu iki şuxun hansı öldürdü məni?

Haqq bilir, olsa əgər dünya sərasər düşmənim,Mütləqa gərdi-təərrüz tuta bilməz, damənim,Ancaq eşqin atəşidir yandıran canü tənim,Ey müsəlmanlar, deyildir hiç kəs qanlım mənim,Xublar şəhbazının sonası öldürdü məni.

Zülfünə qeyrilərin iman verərdim mən məgər,Dəysə min şəmşir, qətrə qan verərdim mən məgər,Öz xoşumla əqlimə nöqsan verərdim mən məgər,Hər yetən cəllada asan can verərdim mən məgər,Onun iki nərgisi-şəhlası öldürdü məni.

Köçdü, heyf oldu, gözəl, Vaqif dəxi düşməz ələ,Bir siyah kirpik ucundan bağrımı dələ-dələHəşrədək hərgiz məzarımdan kəsilməz vəlvələ,Qəbrimin daşinə yazın, oxuya hər kəs gülə,Bilə kim, yarın iraq olması öldürdü məni.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви