Ana işi-Tanrı işi
Dünyanın hər yerindəqanadlı doğulur qızlar,doğulurlar mələk yerinə,kəniz yerinə,elə doğulan kimi dəqurban verirlər qanadlarınıdünyanın təmizliyinə.
Ölkələrin, yolların tozunu ala-ala,döşəməsini silə-silədünyanın o başından bir ana,bu başından bir qızikisi də eyni andadiz çöküb silirlər dünyanın döşəməsiniipək qanadlarıyla.
Birdən ananın əli toxunur bir ulduzadöşəmədən qalxanbir papaqlı mismara toxunantək,toxunan kimi qalxır ana,baxıb görür indi döşəmə nədi,ən ürəkli, ən uçağan quşun daqalxa bilmədiyi bir ucalıqdasilir dünyanın tavanınıbir qız uşağıyla yan-yana,
görür silirlər bir yerdəbalaca əl güzgülərinə bənzəyənulduzların üzünü,ulduzları silib verirləryanlarında uçuşan balaca mələklərə,baş əyə-əyə silirlər
dünyanın ən qədim eşqini yaşadanayın özünü,soyumağını gözləmədən, əlləri yana-yanasilib parıldadırlar günəşi.
Ana işi-Tanrı işi!Gecə-gündüz bütün dünyanı da beləcəsilir, təmizləyir Tanrı da,silə-silə, təmizləyə-təmizləyədünyanın düşən ulduzunu,itən işığını tapıb qoyur yerinə.Sonra yoxlayır bir də, bir dədünyanın hər divarını, hər küncünü,qaldırır, hörür yerinəgöyüzünün mavi tikilisindən çıxıb düşənmilyon-milyon mavi kərpicini.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-ana-isi-tanri-isi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözüm yenə hər şeyiincəbel bir bulağın
Balaca, körpə, şən dualarÜrəyimin ən qanadlı göyündənmin illərdi dünyaya
Sevgiİlahi hamını həm qul, həm də sultan ola bilmək üçün yaradır. Yazıq o kəslərə, yaradılışın, Allahın əksinə gedib ancaq qul olmağın yolunu tuturlar.Bu dünyada şah, sultan ola bilməsən də, qəm çəkmə, Sevginin şahı, sultanı olmaq şansın həmişə var. Lap yetmişində, yüzündə də:
Səni niyə belə sevdimSəni niyə belə sevdim,belə istədim niyə,
Стихи других поэтов
Döndü murad üzrə fələkDövran bizimdir bu gecə
ÇağırramNə zaman ki, dərd canımda çoxalır,Onda əvvəl, kirdigarı çağırram.
Saçın fikri ayağım bağlar olduSaçın fikri ayağım bağlar oldu,Mana guya dəlürmak çağlar oldu.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.