Gözüm yenə hər şeyiincəbel bir bulağındibindəki kimi görər,həm də, həm dəolduğundan daha gözəldupduru, körpə, təzətər.Həm də görərdaha gözəl, daha gözələllər əlcəklərindən,barmaqlar üzüklərindən,ayaqlar corablarından,biləklər bilərziklərindən.Daha gözəl, daha gözəlŞərablar badələrindən,bədənlər paltarlarından,bəndələr padşahlarından.

Həm də bunun bircə sirri,hər insan bir Tanrı gözəli,hər insan bir Tanrı əsəri.Çünki Tanrı yaradandandaha gözəl heç vaxt heç nəyarada bilməz bəndələr,çünki Tanrıdan gözəlancaq Tanrı rəngləyər,ancaq Tanrı rəndələr.

Bu dünyada hər şeyimin bir eşqlə qura-qura,min bir eşqlə tikə-tikəözündən gözəli yaratmaq –Tanrılıq bu elə bəlkə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви