Boş görünən bu yer əslində, boş deyil, gündüz görünməyən ulduzlarla dolu göyüzü kimidir – Allahın qəlbindəki hələ gəlib bizə çatmamış İlahi Sözün – İlahi Şeirin varlığına kiçicik bir işarədir.

O Sözün – Şeirin varlığını duymadan səhifəni çevirsək də çevirməmiş kimi olacağıq.

Xoş gəlmisiniz! Lütfən, ayaqyalın keçin, göyüzündə hər an üzü Tanrıya doğru ayaqyalın yüyürün, yüyürürkən körpələşən, cocuqlaşan, hər ulduzla öpülən ayaqlarınız, üzü Tanrıya açılan bütün çiçəklərtək göyüzünə açılan əlləriniz, hər an Allaha «Can!» deyən canınız yupyumru bir duayla,

yupyumru bir göylə,

Yupyumru, mübarək bir eşq ilə

qanadlanacaq.

Qapını çırpıb gedəniniz də olacaq, çırpdığı qapının səsinə canında yatmış qanadı ayılanınız da. Yerüzünün, bütün Kainatın tək İbadət yeri–göyün ən uca nöqtəsi olduğunu duyanınız da.

Gedənlərə sevgilər,

qalanlara hər an üzü Tanrıya doğru sonsuz uçuşlar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви