Bu qədər sevgimi olar?!Deyən, lap çox sevişdik,bəsdi, ayrılaq səninlə,daha hərə özu olsun,sıyrıl, sıyrılaq səninlə.

Min ildi bir olduğumuz,dünyadan ayrıldığımızbəsdi, bir sayıldığımıziki sayılaq səninlə.

Tanrımız göndərən kimibir can iki bədən kimi,bir pis yuxu görən kimibirdən ayılaq səninlə.

Ayılaq görək yuxudanAyrıdı bu can o candan,qaçıb, qucub qoxlaşan anbir də bayılaq səninlə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов