Bir dəli dənizinbir qırpımından, bir anından keçdim,böyüdü ürəyim dalğa-dalğa,böyüdü içimdəki fırtınalar,ürəyimdə dünya boyda bir dan yeridoğa-doğabir böyük səhərin göyündən keçdim.

Böyük insanların üzünü,Böyük eşqlərin fırtınasını,göyüzünü, dənizini daşıdım ürəyimdə,böyüdü, böyüdü ürəyim,ürəyim böyüdükcə,orda hər an, hər anolduğundan daha böyük oldu hər insan,hər biri dağla, dənizlə, göylə yarıbayarı,dünyanı balaca bir qayıqtək atıb tutduürəyimdə böyüyən eşqlərin fırtınaları.

Kiçikliklərlə kiçilər,lap elə göyüzünün də tavanı,göyüzünün də dirəyi,böyük eşqləri, böyük dənizləri,böyük üzləri daşıdıqcaböyüyər,böyüdüyü qədər də böyüdər insan ürəyi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви