Min illik dərbədər dərtdən,yadigar qəmdən də keçsən,heç bir zaman ruhdan düşmə,düşünmə ki, sən bir heçsən.

Səni eşitməsə heç kəs,döz o kütləvi karlığa,döz o kütləvi korluğa,lap min il də qal tənha, tək,səni Allah yaradıbsa,bil, sən ən böyük varlığa –Allaha lazımsan demək.

Hər gələn səsdən, sözdən,hər an Allahı duy, dinlə,ancaq onda bilərsən,hər an səni duya-duya,Allah danışır səninlə,bilərsən, sən heç deyilsən,həm də nə qəm, nə kədərsən,Allahı duyub gəldiyin,Vətənçün,Allahçün ola bildiyin,ölə bildiyin qədərsən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви