Bu nə işdi, Allahım, boy atıram,uşaqlar beşində, onunda boy atantəkmən ömrümün minində boy atıram,boy atıram,evin damından çıxır başım, bədənim,buludlar örtür gözümü,quşlar sevişə-sevişəyuva qurur çiyinlərimdə, saçımda,boy atıram, boy atıram,ayaqlarımdan da yerə kök atıram,kök atıram-yerin altına boy atıram,dolanıram, sarınıram dönə-dönə,neçə dövrə vururam içəridən bu dünyaya,təzə-təzə pöhrələrləyenidən qalxıram yerüzünə,mən qalxdıqca təzə-təzə otlar, quşlar,qarışqalar qalxır məndən,qalxıram, qalxıram, tuturam göyüzünügünəş məndən çıxır, yağış məndən yağır.

Boy atıram yenə,Yenə dayanmıram, boy atıram,Mən nə olmuşam, nə?!Anladım, anladım, daha böyümə,dur, canım,səndə deyəcəyim, oxuyacağım birşeir qalıbmışgöyüzünün o üzünə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов