Hər gecə baxıram göyə,ən yaxın qonşu həyətdənçıxırmıştək küçəyəən yaxın qonşu ulduzdanbir kişi çıxır gecəyə,baxa-baxa bizim göyəçıxır qəminin külünübizim göyə tökməyə.çıxır beləcə, hər dəfəçəkib göndərir tüstünübir qüllab bizim tərəfə,bir qüllab daiçində quylanıb qalanbir ağır aha çatmağa,onu tüstüdə azdırıbiçindən göyə atmağa,o ah nəyin ahıdı,elə ordaca doğulub,ya elə baxdığı göydən,ya bizim ulduzdan gəlib?!Heç özü də bilmir bunu,o, siqareti sorantəko ah da içəridənhey çəkir, sümürür onu,ah canını sümürdükcə,yenə siqaret istəyir,yenə çıxır gecəyə o,çəkir baxır biz tərəfə,sanki bizdən nəsə duyur,

baxır nəsə duyur yenə,yanır sinəsi, kürəyi,siqaret yox, nəsə başqabir şey istəyir ürəyi,çəkir tüstüyə döndərirəli çatan hər şeyini,evini, eşiyini,ahı tərpənmir yerindən,çəkir, çəkir binaları,ağacları, küçələri.Bir dəli qullab da vururlap dərindən, çəkir birdənbütün dünyanı içəri,sonra baxır min tərəfəyeri yerdə,göyü göydə tapmır o,baxır, baxır, birdən qorxur,içindən qışqırır ahı:– Allahı istəyirəm! Allahı!Bu dünyanınən şirin yuxusutək,ən ətirli dumanı,ən ətirli qoxusutəkAllahı istəyirəm.Min illər, milyon illərgetdiyimi bilmədəno dumanda, o yuxuda,getmək, getmək istəyirəm,itdiyimi bilmədənitmək, itmək istəyirəmsonra çatmaq bu dünyanın,zamanın son sahilinə,çatmaq, çıxartmaq başınıbu dünyadan bir qırağa –Allahın bizi buraxıb

bu dünyadan birdəfəlikbaş alıb getdiyi çağa,bizi neçin atdığınıelə orda –göyüzündədiz çöküb sormaq Allaha.

Elə o anda o kişidözmür, susdurur ahını,o beləcə heç bir gecəqıymır böyük Allahına –gedib Allaha çatmağaimkan vermir ahına,qayıdır girir evinəahı doymaya-doymaya,salmaq istəmir AllahıAllahın min illər öncəonu saldığı dünyaya.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви