Yenə üzürəm göyüzündə,Göyüzündə, göyüzünün bir qırağıyla,Təzəcə doğulmuş bir ulduz qırığıyla,Birdən ulduz qırığıən gözəl Türk ulduzunu görür göyüzündə,mən ən gözəl Türk qızını yerüzündə,elə gördüyümüz andacaulduz qırığı göyüzünə axır, mən yerüzünə.

Axırıq, axır, axır aşağılardaKipr adası da yalqız,tənha, tək,ölümsüz Türk dənizininölümsüz Türk kamanıtək.Ancaq özü özüyçün çalançala-çala özü özünə naz edən,çaldığının həzinliyindənköynəyi də, donu daöz-özünə nazilən bir kaman.

Başında min illərin davasıbir dənizçi havasıyenə uçub gəlir, soruşur məndən:– Sən yenədəmi uçursan, qadası,yenə mənimi çalmaq istəyirsəngörürəm əlindədi Kipr adası?!– Çalmaq istəyirəm həm səni,həm də Türkün ən eşqli çağını,həm də dənizin hər an yenidən qalxıbgöyüzünü yuxarı qaldırmağını,çalmaq istəyirəm adamlarçün yox,mən çaldıqca su pəriləri olacaqqızıl qanad balıqlarçün ancaq,

su pərilərinin tül köynəyinielə görən kimi titrəyəcəkgənc qayıqlarçün ancaq,çalmaq istəyirəm qıyıq gözlərindənən gizli sevdalar sorulacaq,ən uzun boyunlara, ən yumru çiyinlərə,ən yanğılı, ən dadlı dodaqlara,ən eşqli,ən çılğın ayaqlara sarılacaq,sarılan qolları, qanadlarıelə sarılan andacaeşqin şiddətindən qırılacaqyosunlarçün ancaq, yosunlarçün ancaq.

Heç nə çala bilməyən adamınqəfil nəsə çalmağınıeşqdən qanadlı balıqlar,eşqdən yelkənli qayıqlar,eşqdən sürməli yosunlaradamlardan daha yaxşı anlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви