Səni pələng cəngəlliyi, cəngəllik pələngi yaşadantək yaşayıram, narım, gilənarım
Mən səni sevmirəm, səni sevmək azdı,mən səni pələng cəngəlliyə,cəngəllik pələngə yaraşantək,pələng cəngəlliyi,cəngəllik pələngi yaşadantəkyaşayıram, narım, gilənarım.
Sən baxma uzağa,gözlərin yorular,qoy mən baxım,sən qəm çəkmə, darıxma,qoy sənin əvəzinə dəmən qəm şəkim, darıxım.Sən heç sevmə də,sevgi sənə ağır olar,bir gün dünya qarışar, heç bilinməzsevən kim, sevməyən kim,onda hamı günahkar, hamı hakim.
Bu dünyada hər şey –bütün dağlar, düzlər, dərələr,bütün güllər, çiçəklər,ancaq məndən sonra biləcəklərbu dünyada necə seviblər,həm də bu qədər sevgiylədünyanı necə tərk ediblər,bu dünyanın göyüzündəki qapısını danecə sevgiylə qapayıb,üstünə eşq şəkli çəkib gediblər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-seni-peleng-cengelliyi-cengellik-pelengi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim?Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?
Nameye-həftom. Rəftəne-əşq besuye-mə’şuq (Yeddinci məktub. Göz yaşının Mə’şuqun yanına getməsi)Çün yola düzəldi, Yaş getdi,Əql ilə rəvanü baş getdi.
Yaman dili gileyliyəm ömürdənYaman dili gileyliyəm ömürdən,Fərqi azmış qırx yaşın da, yüzün də.
Lənət şairliyiməDurma, gözəl sevgilim, oxşa məni, sev məni,Çoxdan bəridir ki, mən bir gülüşə möhtacım…