Açılan güllər də deyirHər enən yaxşı enəcək,Kiminin başına gülü ,Kiminin daşı enəcək.

Axtarıb məni tapmağa,Bu dünyadan qoparmağa,Gözlərimi qapamağaBarmaqlar naşı enəcək.

Hardasa uzaqda deyil,Tapacaq uşaq da deyil,yanımda üzağ da deyil,utanıb başı enəcək.

Keçib qaranlıq göyləri,Eyni bir anda içəri-Göyüzündən gor xəncəri,Gözündən yaşı enəcək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Bəlkə də Tanrımız ancaq bizimçün, göyüzünün sonunacan ulamaqçün belə sonsuz yaratmış bu göyüzünü

Kainat boyda bir ciyərinnəfəsini dərib, dərib,

1 мин
Xocalı – Tanrının balası

Tanrının və fırtınaların Çingiz Mustafayevinin «Hamınız arvadsınız!» – dediyi, bizim özümüzü eşitməzliyə vurduğumuz ana*Xocalı heç kəsin görə bilmədiyi sürətli insan fırtınalarının Tanrının əliylə yavaşıdılmış, görünən şəklidir. Allah sürətlə gedən zamanı birdən-birə saxlayıb bizə hər şeyi göstərdi.

2 мин
O canım xan ağacın, gözüm sultan ağacın

Böyük Türk milliyətçisi Məsud Əlioğlunun bu dünyadan uçuşuna*Uzaq uçun, uzaq qaçın,

1 мин
Sən Allaha oxşayırsan, ana

Vətən torpağını hamıdan çox sevənlər vətən torpağına hamıdan tez qarışmağa tələsənlərdi. Vətənin ən gözəl ətri də onlardan, onların torpağından gəlir. Hər dəfə dostum Zakir Fəxrinin, həm də hamımızın qardaşı Kamili xatırlayanda yerüzüm və göyüzüm çöl, çiçək qoxusuyla dolur və Kamilin bu gözəl çöl, çiçək qoxusu dünyamı uzun müddət tərk eləmir, mən çox zaman özümdən asılı olmadan öz-özümə gülümsəyirəm. Bu çöl, çiçək qoxusu bizim dünyamızın çöllərinin, çiçəklərinin qoxusuna bənzəmir, daha sevgili bir dünyanın hər an insanı yeni bir xoş hala gətirən qoxusudur. Bu həm də Kamilin və bütün igid, gözəl, şəkil şəhidlərimizin ruhunun qoxusudur. Mənə elə gəlir ki, onların ruhunun gözəl ətriylə dolu o dünyaya çox rahat getmək olar. Onlar arasına getmək əbədi solmaz çiçəklər arasına getmək kimidi.Çöl kimi,

2 мин

Стихи других поэтов · О природе