Vətən torpağını hamıdan çox sevənlər vətən torpağına hamıdan tez qarışmağa tələsənlərdi. Vətənin ən gözəl ətri də onlardan, onların torpağından gəlir. Hər dəfə dostum Zakir Fəxrinin, həm də hamımızın qardaşı Kamili xatırlayanda yerüzüm və göyüzüm çöl, çiçək qoxusuyla dolur və Kamilin bu gözəl çöl, çiçək qoxusu dünyamı uzun müddət tərk eləmir, mən çox zaman özümdən asılı olmadan öz-özümə gülümsəyirəm. Bu çöl, çiçək qoxusu bizim dünyamızın çöllərinin, çiçəklərinin qoxusuna bənzəmir, daha sevgili bir dünyanın hər an insanı yeni bir xoş hala gətirən qoxusudur. Bu həm də Kamilin və bütün igid, gözəl, şəkil şəhidlərimizin ruhunun qoxusudur. Mənə elə gəlir ki, onların ruhunun gözəl ətriylə dolu o dünyaya çox rahat getmək olar. Onlar arasına getmək əbədi solmaz çiçəklər arasına getmək kimidi.

Çöl kimi,çiçək kimi bir oğlandı o,çöllərdən, çiçəklərdən doğulandı o.

Bir gün də bir andaçöl qoxusu, çiçək qoxusu gəldiona oxunan duadan da,ona çəkilən ahdan da,ona dəyən güllədən də,onu qoruyan Allahdan da.

Çöl qoxusu,çiçək qoxusu gəldinəfəsi gəlmədi daha,

bir balaca, körpə çiçəktez qaçıb gəldi yanına,bir kiçik körpə payıtəknəfəsini verdi ona,o çiçəyin nəfəsiniləçək-ləçək ala-ala,bir körpəyə dönə-dönəÜzünü tutdu Allaha:– Qurban olum, Tanrım, sənə,Anamın əllərini,anamın ətəyiniyetir mənə, yetir mənə!

Allah baxdı anasına,dua edirdi anası,əlləri duasının,ətəyi dizinin altda,qıymadı duası sına,Allah tez öz ətəyinianasının ətəyitəkendirdi göylərdən ona,anasının oxuduğuduanın səsi, sözüyləlayla dedi oğluna,Anasının gözü bilibTanrının gözlərinəzillədi gözünü o,Anasının dizi bildiTanrının dizini o.

Başı Tanrının dizində,əli Tanrının əlində,gözü Tanrının gözündəson anında dedi ona:– Sən Allaha oxşayırsan, Ana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви