Münacat
Varlığımla, ürəyimlə,Hissim, duyğum, diləyimlə,Sənə bağlıyam, ilahi!Sinə dağlıyam, ilahi!Kainatı yaratdın sən.Bu həyatı yaratdın sən!Uluların ulususan,Doğruların doğrususan.Dünyamızı quran da sən,Zülmün boynun vuran da sən.İradənlə, ey yaradan,Hey dolanıb, dönür cahan.Ulduzlarım, ayım səndən,Dənizlərim, çayım səndən.Nəyim varsa səndən olmuş,Nankorluqsa məndən olmuş.Az etmişəm razü niyaz,Düşünürəm belə olmaz.Çox olmuşdur inandığım,Həmişə ulu sandığım.Sən olmusan, pərvərdigar,Yer, göy səndən tutub qərar.Haqsan hər bir nüzulunda,Günahkaram hüzurunda,Müqəssirəm qarşında mən,Sən həm kərim, həm rəhimsən.Qane oldum çox- azına,Qol qoymadım namazına.Könül verdim ədalətə,Qol qoymadım ibadətə.Könül verdim bu həyata,Qol qoymadım münacata.Olmamışdır mənə imkan,Sən agahsan, ey yaradan!Qənim olmuş mənə dövran,Qənim olmuş zaman-zaman,Gizli, aşkar inanmışam,Ədalətlə davranmışam.Sənin simurq quşunam mən,Hey alışıb, hey yanmışam.Xəyalımın qanadında,Tur dağını dolanmışam.Fərmanına inanmışam,Quranına inanmışam.İnanmışam gizli-aşkar,Sənə tərəf gedən yollar,Daim sağım, solum olmuş,Mənim həyat yolum olmuş.Gecələrin sükutunda,Dincələndə dünya, cahan.Xəlvət edib, ürək sənə,Bircə sənə olur mehman.Gizlinimiz sənə əyan,Yol-rizimiz sənə əyan,Bu bəndənə bir də inan.İnanmışam Rəsuluna,Dinin o beş üsuluna.Ürəyimdə sənsən Vəli,İnandığım olub Əli.Hüseyninə beyət etdim,Münacata cürət etdim.Mən Allaha gəlib çatdım,Haqq yolunda addım atdım,Haqq adına haqq yaratdım...Səndəndir qolum, qanadım,Sənə bağlıdır həyatım,Bu gündən doğrulur adım,Qəbul olsun münacatım.
Üz tuturam sənə, Tanrım,Yalvarıram yenə, Tanrım,Özün qol qoy xeyrə–şərə,Sən ağıl ver bu bəşərə,Az eyləsin riyasını,Hakimiyyət sevdasını,Az döysün pul davasını.Qoyma namərd zəhərləsin,Dünyamızın havasını.Öz başına uçurmasın,Sən qurduğun yuvasını –Gözəl-göyçək dünyasını.Üz döndərsin hərislikdən,Qoy çəkinsin xəbislikdən.Bu dünyanın sağ günüyçün,İnsanların ağ günüyçünKönül versin büllurluğa,Təmizliyə, ululuğa.Könül versin ədalətə,Qulluq etsin saf niyyətə,Könül versin ibadətə.Haqqın dönməz yollarında,Körpü salsın həqiqətə.Pərvərdigar!Səndən bir istəyim də var:Bərabər böl ömürləri,Səadəti,İztirabı, məhəbbəti.Dönməz əzmin, iradənlə,Bir behiştə dönsün cahan.Əzablara tuş gəlməsin,Bu dünyada bircə insan.Bir ürəkdə təmiz arzu,İşıq istək boğulmasın,Bir namərd də doğulmasın.
Ulu Tanrım,Qəbul eylə bu şairdən,Bir duanı, iltiması;Gözəl olsun, işıq olsun,İnsanların bu dünyası,O dünyası!Gözəl olsun həyatımız,Bir insan da öz ömrünəQoy olmasın bir gün ası!
Barilaha,Mənim məzlum, bu haqqsevərXalqımın da pənahı ol,Nicatı ol!Ağır gündə, bərk ayaqda,Bir yol tapsın,Nicata yol!
Dayağım ol, ey Yaradan!Haqq yolunda zaman-zaman,Köməyinlə atım addım.Haqq adına haqq yaradım.Üzüm olsun sənə sarı,Qəbul olsun münacatım!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-munacat
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə gözəldir səhərin şəfəqləri yananda,Əvəzsizdir kainat təbiət oyananda,
Biz indi ayrıldıqNecə yaradardım surətini mən;Vəfalı, mehriban, qayğıkeş, mətin.
Hər səhər, hər axşam kəsib yolumuHər səhər, hər axşam kəsib yolumu,Deyirsən, sevirəm, könül ver mənə,
Həyat lövhələriİstərəm hər axşam yanında qalım,Başını sinəmin üstünə alım,
Стихи других поэтов · О божественной любви
Ya ilahim, sən olasan ayarım, haray - haray,Yar yanında çünki yoxdur ayarım haray - haray,
Düzlər məsləkini izləyənlər dastanının davamıBu aşiqlik, bu məşuqluq əvvəlinci mənzildir,Eşq əhlinin kami-dili bu mənzildən hasildir.
Ata-atYenə baş qaldırıb düşmən yuvadan,Dağlarda başlayıb, yenə at-a-at.
VarmıdırMən dərvişəm deyə köksün gərərsən,Həqqi zikr etməyə dilin varmıdır?