Varmıdır
Mən dərvişəm deyə köksün gərərsən,Həqqi zikr etməyə dilin varmıdır?Kəndini görsənə, eldə ararsan,Halın hal etməyə halın varmıdır?
Bir gün balıq kimi ağa sararlar,Mürşiddən, rəhbərdən xəbər sorarlar,Tüstü yaxıb guşə-guşə ararlar,Mən arıyam dersən, balın varmıdır?
Dərdli olmayanlar dərdə yanarmı?Sadiq dərviş iqrarından dönərmi?Hər bir uçan gül dalına qonarmı?Mən bülbüləm dersən, gülün varmıdır?
Şah Xətayi, sənin dərdin deşilməz,Dərdi olmayanlar dərdə tuş olmaz,Mürşidsiz, rəhbərsiz yollar açılmaz,Mürşid ətəgində əlin varmıdır?
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-varmidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dilbəra, eşqi-rüxün daim bu can üstündədir,Bir gülə nisbətdir ol kim, gülsitan üstündədir.
Dilbəra, eşqin sənin cismimdə canım canıdırDilbəra, eşqin sənin cismimdə canım canıdır,Vəsli rüxsarin xəyali könlümün mehmanıdır.
Dilbarə, eşqin tənimdə sevgili candır manaDilbəra, eşqin tənimdə sevgili candır mana,Pərtövi-mehri-rüxun xurşidi-tabandır mana.
Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidirDilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir,Bu yıxılmış könlümü abad qılsan, vəqtidir.
Стихи других поэтов · О божественной любви
که شرم تشنه به خون نگاه ما شده است
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
Asivü bədəməlü rusiyəhü xaram mənEy xuda, sənə əyandır ki, vəfadaram mən,Tutduğum işləri yad eyləyib ağlaram mən.
Bayram olduНаступил байрам. Как нам быть теперь?Ведь у нас муки ни чувала нет,