Deyiləm
İxtiyar sənindi, vəfalı dilbər,Mən sənin xətrinə dəyən deyiləm.Səbəb nədi məndən kənar gəzirsən?Sir sözün yadlara deyən deyiləm.
Hər gecə vayğamda1 görürəm səni,Sən allah, sən tanrı, sən də gör məni,Çıxsın ilqarından dönənin canı,Mən ki ilqarımdan dönən deyiləm.
Qurbani der: gülü tutasan dəstə,Dəribən verəsən vəfalı dosta,Üzümü qoysam da üzünün üstə,Öpübən dişlərəm, yeyən deyiləm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-deyilem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
OlmasınPək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!