Baxgilən fələyin ruzigarına,Əyyam xoş keçəndə dövran gülərmiş.Bəhrəli çağlarda, məhsul aymda,Bağı bar verəndə bağban gülərmiş.

Bir baxtm yatıban bir ucalanda,Tülək-tərlan olub, sar ov çalanda,Məsəldi deyərlər: qurd qocalanda,Tülkü meydan açıb, dovşan gülərmiş.

Qurbani, qəmlənmə, kərəm-kanı var,Ədalət hakimin haqq divanı var,Bu çərxi-fələyin nərdibanı var,Yenən ağlayarmış, qalxan gülərmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе