Böyük Türk milliyətçisi Məsud Əlioğlunun bu dünyadan uçuşuna

Uzaq uçun, uzaq qaçın,dərdimizin ağacları,sizdən asarlar məni,onsuz da ağrınız çoxdu,mən də artıq yük olaram,lap elə meyvə kimi dəsizə çox böyük olaram.

Uzaq gəzin, uzaq yağın,yurdumuzun yağışları,sizdən asarlar məniağrı kimi, acı kimi,asarlar bir az da artaryurdumuzun çəkib, çəkibazaltdığım dərdi, qəmi.

Yüz illərdi, min illərdibizdən uzaq gəzən ümid,bir az da uzaq gəz, dolan,səndən asarlar məni,qırıla bilərsən, iyid.

Bu gün məni bir də, yenəasmaq istəyən iyidlər,qoymaram qəm çəkəsiniz,nolar, könlünüz istəyir,cavan ağaclar qorxarlar,qocaman bir ağac var,

o ağacdan asın mənio ağacın da sevdiyiçox qədimi bir nəğmənipəsdən oxuya-oxuya,o ağacı, o nəğmənisığallaya-sığallaya,tumarlaya-tumarlaya,verə-verə yuxuya,o yuxudaykən asın,ayılmamış da açın,min ildi xəbəri yoxduondan asıldığımdan,elə asın, elə açınyenə xəbəri olmasınyurdumun ruhutək qalxano, canım xan ağacın,gözüm sultan ağacın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов