Qoy öldüyümüz yerdə ölək,dirildiyimiz yerdə dirilək,yan keç, qardaş, yan keç görək,Ömründə bircə kərəyıxılmamısansa ay işığının üstünəeşq xəncəri üstünə yıxılantək,Xoş getdin gecəmizdən!

Qoy öz küçəmizə, öz gecəmizə yıxılaq,yıxılaq ayaqlarımızın eşq dilədiyi,dizlərimizin dua elədiyi yerə,əllərimizin qandallandığı,qollarımızın qanadlandığı yerə.

Bir adam ömründə bircə kərəyıxılmayıbsa eşqinin küçəsinə,ürəyinin izlərinə sürtməyibsə üzün, gözün,o izin üstüylə sürünməyibsə dizin-dizin,nə deyə bilər axı, o, eşq haqda?!

Keçin! Toxunmayın! Qaldırmayın o adamı,qaldırsanız endirərsiz,qoyun heç olmasa bir yüz il dəuzansın öz sevgisinin göyüzündə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви