Bu burulğanlı gecənin dibiyləburula-burula gedirəm mən də,gedirəm yerə, göyə, ulduzlara dəyə-dəyə,dəydikcə bu dünyada olmayan bir səsləelə hey çağırıram kimisə,səsimə bir balaca qız əliçıxır gecənin içindən ay işığının əli kimi,elə çıxan kimi də tutur əlimdəndeyir: «Qorxma,bizim gecə olacaq indicə».Qorxmuram, qoxusundan tanıyıramanamın uşaqlıq səsini,bu gecə doğuldu, dil açdı anam,nə vaxtsa doğulacaq körpəsinə«Qorxma» oldu ilk sözü indicə,beləcə hər gecə cocuq anamınkörpə qız nəfəsinin qoxusutəkdoğma gəlir dünya mənə,tutub əlimdən aparır məni o körpə,Aparır zamanların,kainatların arasındakı bir küçəyləbir kainatdan başqa bir kainata,aparır əlindəki yanmayan iri gözlü şamıüzü qabağa, qaranlığa,bütün kainata tuta-tuta.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов