Böyük şəhərlərin yanındaBaşqa bir şəhər kimidi təyyarə vağzalları.Bezəndə, darıxanda şəhərdənÇıxıb gedərəm ən yaxın göyə –təyyarə vağzalında gecələməyə.Gərək bağışlasın Bakı şəhəri,Vağzal göyündən uzağa getməyəimkanım yox,Gərək bağışlasın Bakı polisi,yan qoyub təyyarəçi papağınıayaqyalın dolaşmaq keçir könlümdəngöyləri.Mənim ömrüm bütün sevdadı,Gərək bağışlasın təyyarəçi oğlanlar,təyyarəçi qızları görəndəbir daha yenidən sevmək,yenidən sevilmək keçir könlümdən.Gərək bağışlasın ünvanım,Bir qəfil sevdayla göylərdəitkin düşmək keçir içimdən,Bir də itkin düşmüş dostlararast olmaq istərdim təyyarə vağzallarında.Görüşüb, öpüşüb,təzədən itkin düşərdik biri-birimizdən.

Kim bilir bir də nə vaxt görüşərik,Kim düşər, kim düşməz yada?!Dostlar!Başqa bir dünya vağzalındagörüşənədək,Görüşüb təzədən itkin düşənədək, əlvida!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов