Balaca buynuzlu, balaca qanadlı xanımların göyüzü və ya, Tanrım, nə balaca yaratmısan göyüzünü, bir eşq şerinə də çatmadı eni, uzunu
Sevgiləri sevgilərdən,ayrılıqları ayrılıqlardan,şərabları şərablardan,əzabları əzablardan dadlı,balaca buynuzlu, balaca qanadlıxanımların göyüzündə yaşamışdımbir zamanlar,gözləri mavi telləriylə sürməli,hər birinin dərdindənbir ayrıca dəli olmalı,bir ayrıca özünü öldürməli.
Tanrım, sənsən bu dünyadaeşq verən hər eşqsizə,dad verən hər dadsıza,qanad verən hər qanadsıza,Ancaq, Tanrım, hardan tapıbvermişdin o qədər eşqi,o qədər dadı, o qədər qanadı o göyüzünə?!Sənin sevgin kimiydi hər şey o göyüzündə,o göyüzü xanımlarınınnazına bənzəyirdi hər təzə bahar da,yerüzündə yerişinə baxıb o xanımlarıngöyüzündə yeriyirmiştəküçmağa çalışırdı quşlar,göyüzündə uçuşuna baxıb o xanımların
yerüzündə uçurmuştəkyeriməyə çalışırdı ağaclar,yadımdadı, necə uçan donun ətəyində,saçın, çiynin, boynun ətrində yox olduğum,çiyinlərin fırlanışından,saçların, ətəklərin uçuşundan yıxıldığım.Sonra oturub göyüzündə,bir ulduz budağı altdadiz-dizə, göz-gözə şərab içirdim onlarla,həm əbədi ayrılıq, həm dəəbədi görüş dadırdı şərab,həm də xəlvəti öpüş.Deyən, ən çox öpüşün xəlvətiliyindədihamı gülümsünürdü hamıya,həm də sevgiylə göz vuranbic ulduzlara, eşqdən dəli Aya,həm də heç kim aldatmaqistəmirdi heç kimi,ancaq sevib, sevib aldanmaq istəyirdi hamı,əslində, əsl eşq də sevib, sevibsevginin sonunda aldanmaq istəməkdi,bəlkə də bu dünyadasevgi də elə ona görə tənha, yalqız, təkdi.
Yadımdadı, bir xanımınyerişinin hər anına şer yazdığım,çiçək şəklində yazılardı bütün hərflər,hər çiçək həm çiçəyidi, həm də yazıydı,o həm çiçək əlifbası, həm də eşqəlifbasıydı.Yerüzünü qurtarıb göyüzünə,yağışlara, buludlara, ulduzlarayazırdım şerimi,Yadımdadı, göyüzündə yazmağayer tara bilmədiyim:
– Yerüzüntək göyüzün dənə tez qurtardı, İlahi,nə balaca yaratmısan bu Kainatı,bu yerüzünü, göyüzünü,bir eşq şerinə də çatmadı eni, uzunu.
Deyəsən, o xanım mənim həm sultanım,həm də kənizim olmamışdan qabaqbu göyüzünün sultanıymış,həm kəniz, həm sultan olmağıüstün tutmuşdu təkcə sultan olmaqdan,həm də düzü, mən axıradək bilmədimkimdi hökmdar orda,həm də hər şey elə qəribəydi orda,dəniz elə bil yeridi, göy elə bil dənizidi,hamı həm sultanıdı, həm quludu,həm xanımıdı, həm kənizidi.
İlahi, yenə canım titrəyir,demək, yenə eşqtək canıma dolur o göyüzü,İlahi, görürəm, həm canımdadı,həm də görünən o dağın başında o göyüzü,görürəm, ordan da uçdu, ordan da uçdu,mən də uçuram, İlahi,o göyüzünün dalınca, mən də uçuram,o göyüzü buludların o üzündədi indi,çəkib buludları da,çəkib bütün göyüzünü də aparır o,onun dalınca uçur, uçur bütün kainat,bir az öncə buludlar onun yelkəniydi,indi bütün kainat onun yelkəni,Tanrım, əbədi orda saxla, orda tut məni,istəsən lap yaddan çıxart, orda unut məni,Tanrım, indi mən o yelkənin üstündə,bütün kainatın başındayam,
anladım, mənə nə üçünvermisən bu qanadı,daha sən əziyyət çəkmə, İlahi,çəkib mən aparıram bütün kainatı,Üzüm o yelkənin,həm də bütün kainatın üzündə,canım kainat deyilən bu dəlisevdalar dənizində.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vaqif-bayatli-oder-balaca-buynuzlu-balaca-qanadli-xanimlarin-goyuzu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Harda ilan var, qızıl var ordaharda qızıl var, hakimiyyət var orda,
Arağın ayağının altıHərdən araq adamdan güclü olur,hərdən də adam araqdan,
Kiçikliklərlə kiçilər, böyüklüklərlə böyüyər ürəkBir dəli dənizinbir qırpımından, bir anından keçdim,
Nigar xanım rəfibəylinin bu dünyadan qalxması*Köçən sonuncu bəy qızıydı bəlkə,Sonuncu bəy oğlu da köçəcək...
Стихи других поэтов · О любви
Məgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
SədəqəsinnənNə gözəl, mənalı, oxu, sən də bax,Bir qəzəl yazıbdı sədəqə "sin"nən.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
BağışlaŞair, vətənə, xalqa gülüstanı bağışla,Dildarına, gəl, bu yeni dastanı bağışla.