Harda ilan var, qızıl var ordaharda qızıl var, hakimiyyət var orda,harda hakimiyyət var,tavanı süngüdən, divarı oddanqan iyi gəlir ordan.

Harda qızıl var, ilan var orda,orda ilanlarla yan-yana, can-canaqıvrılıb yatır adamlar,orda qızıl yumurtlayır, artır adamlar,Qıvrıla-qıvrıla, yata-yata,fısıldaya-fısıldaya qohuma, yadaitir, itir adamların əlləri, ayaqlarıitir, itir adamların barmaqları, dırnaqları,adamlar bir-birinə dolaşa-dolaşa,bir-birini aşa-aşayeriməkdən keçirlər sürünməyə,sürünüb, sürünüb, qəfil sıçrayıb göyəgöyüzündən yeni günəş kimi görünməyə.

Bir də yerə düşüncə görürlərnə qızıl, nə gümüş,göyüzündən görünəcək günəşöz ölümləriymiş.

Harda qızıl var ilan var orda,orda ilanlarla yan-yana,can-cana qıvrılar, yatar,ilanların canında itər adamlar,itər ilanlarazəhərli diş düzəldənilanlardan betər adamlar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов