Hə adam kimi adamam,nə mələk kimi mələyəm,narım, gilənarım,az öncə necə görmüşdündön bax gör yenə eləyəm?!

Boynumu vurdular yenə,başım ayrıldı bədəndən,üzünü çevirdin yana,başım heç,üzün ayrıldı məndən.

Qoy inciməsin cəllad da,Allahım eşitdi məni,baxdı mənə, baxdı sənə,bircəcə anda çiynimdənbaşımı cücərtdi yenə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

O canım xan ağacın, gözüm sultan ağacın

Böyük Türk milliyətçisi Məsud Əlioğlunun bu dünyadan uçuşuna*Uzaq uçun, uzaq qaçın,

1 мин
Sən Allaha oxşayırsan, ana

Vətən torpağını hamıdan çox sevənlər vətən torpağına hamıdan tez qarışmağa tələsənlərdi. Vətənin ən gözəl ətri də onlardan, onların torpağından gəlir. Hər dəfə dostum Zakir Fəxrinin, həm də hamımızın qardaşı Kamili xatırlayanda yerüzüm və göyüzüm çöl, çiçək qoxusuyla dolur və Kamilin bu gözəl çöl, çiçək qoxusu dünyamı uzun müddət tərk eləmir, mən çox zaman özümdən asılı olmadan öz-özümə gülümsəyirəm. Bu çöl, çiçək qoxusu bizim dünyamızın çöllərinin, çiçəklərinin qoxusuna bənzəmir, daha sevgili bir dünyanın hər an insanı yeni bir xoş hala gətirən qoxusudur. Bu həm də Kamilin və bütün igid, gözəl, şəkil şəhidlərimizin ruhunun qoxusudur. Mənə elə gəlir ki, onların ruhunun gözəl ətriylə dolu o dünyaya çox rahat getmək olar. Onlar arasına getmək əbədi solmaz çiçəklər arasına getmək kimidi.Çöl kimi,

2 мин
Dünyanın ən iri gözü, ən iri çayı, dənizi

Tanrım, əsirlikdə başları kəsilən şəhidlərimizin son baxışlarıyla göyüzünün hərəkətini onların son anda gözlərini zillədikləri yerdəcə durdurdun, beləcə, zamanı da dayandırdın. Bu dünyada daha heç kəs qocalmır. Şəhid anaları da elə həmin andakı şəkillərindəcə qalıblar, saçlarında bircəcə dən də artmayıb, çünki şəhidlərimiz gözlərini göyüzünə zilləyib göyüzünün hərəkətini, həm də zamanı dayandırmaqla anaların saçlarını ağarmaqdan, üzlərini qırışmaqdan qorudular. Yoxsa anlar axıb getdikcə, analar da axıb gedəcəkdi, saçları ağlarda, üzləri qırışlarda itəcəkdi və mənim başım da hər an yenidən kəsiləcəkdi, elə kəsilən kimi də boynum dünyanın ən iri gözünə, o gözdən axan çay isə dünyanın ən iri çayına, dənizinə çevriləcəkdi.– Canımın harasındasa,

3 мин
Vətən, odundan doymadım

Dünyanın ən usta tərcüməçilərindən Natiq Səfərovu yanğından xilas edərkən yanmış Natiq Səfərovun xatirəsinə*Bir yol da demədin «Vətən»,

1 мин

Стихи других поэтов