Ola
Könül sevdi gözəllərin xasını,Qasidin əlində naməlum ola.Qarşıda naməlum,Hicran çəkdim naməlum,Rəqib evin yıxılsın,Yurdun olsun naməlum.Bir eyvan otaqda sürəm səfasın,Ağ tər sinəsində nəm əlim ola.
Yaxşı olar gözəllərin halalı,Qəvvas çəkər dəryalardan ha ləli.Qarşıda halalı,Sirr ver, görsən halalı.Gözəlin bivəfasıAxır canın hal alı.Sən də çalış, haqdan dilə halalı,Haramdan dövlətim, nə malım ola.
Aşıq Hüseyn, dərdin yetər bir yüzə,Canan gəlsə canım verrəm bir üzə;Qarşıda bir üzə,Ördək göldə bir üzə,Bağban, yad qoyma bağa,Bir sındıra, bir üzə.Nütfədən qarışan verər büruzə,Nə fitnəsi kəsər, nə məlum ola.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-huseyn-bozalqanli-ola
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Telefon budkasının döyülür pəncərəsi,Əsəbi bir qadının gəlir qəzəbli səsi:
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm